Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İcra hakimiyyəti Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirib

06 Avqust 2020, 12:51 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. "Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil".

SalamNews xəbər verir ki, bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılmış abidə kompleksinədək uzanır. Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq", - İcra Hakimiyyətindən bildirilib.

Xatırladaq ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

27 Sentyabr 2020, 17:35 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanın təcavüzkar addımlarını müzakirə edib

27 Sentyabr 2020, 17:24 (GMT +4)
Türkiyə Azərbaycanın addımlarını tam dəstəkləyir - Hulusi Akar

27 Sentyabr 2020, 17:18 (GMT +4)
BQXK münaqişə tərəflərinə müraciət edib

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

27 Sentyabr 2020, 15:40 (GMT +4)
Türkiyəli jurnalistlər Qarabağda artilleriya atəşinə məruz qalıb

27 Sentyabr 2020, 15:35 (GMT +4)
AB Şurasının sədri: Tərəfləri atəşi dayandırmağa çağırırıq

27 Sentyabr 2020, 15:30 (GMT +4)
Prezident: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb

27 Sentyabr 2020, 15:22 (GMT +4)
Prezident İlham Əliyev: "Bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66