Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünçülük müəssisəsinin inkişaf perspektivlərinə və müəssisəyə əlavə dəstəyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.

Agentlikdən SalamNews-a verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun, “Oğuz Aqro İndustry” MMC-nin direktor müavini Namiq Ələsgərovun və müəssisənin Yaponiyadan olan investoru Muneçika Tanionun iştirakı ilə aparılmış müzakirələr zamanı müəssisənin fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, layihə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması həyata keçirilir. Oğuz, Qəbələ və Tovuz rayonlarında yerləşən 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib. 2020-ci ildə 2 min ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması nəzərdə tutulur.

Layihəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 150 nəfər daimi, 300-dən çox mövsimi işçi çalışır.

KOBİA müəssisənin qurulması və fəaliyyətinin genişləndirilməsi üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində müəssisəyə dəstək və xidmətlər göstərib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Növbəti illərdə istehsalın genişləndirilməsi, Oğuz, Tovuz və Qəbələ rayonları ilə yanaşı, Şəki, Zaqatala, Qax, İsmayıllı, Masallı, Tovuz və Balakəndə də tütünçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Bundan başqa, tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi, turizm, kənd təsərrüfatı və müxtəlif istehsal sahələrinə maraq göstərən yaponiyalı investorların ölkəmizə səfərinin təşkili planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2021, 17:30 (GMT +4)
Gəncədə antisanitar çörək istehsalı müəssisəsi bağlanıb

18 Yanvar 2021, 17:28 (GMT +4)
Çində son sutkada 109 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 17:20 (GMT +4)
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

18 Yanvar 2021, 17:11 (GMT +4)
Suriya İranla İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir - Sergey Lavrov

18 Yanvar 2021, 17:10 (GMT +4)
Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq

18 Yanvar 2021, 17:02 (GMT +4)
Azərbaycanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq

18 Yanvar 2021, 16:50 (GMT +4)
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

18 Yanvar 2021, 16:47 (GMT +4)
Rusiya Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

18 Yanvar 2021, 16:46 (GMT +4)
ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirib

18 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub

18 Yanvar 2021, 16:30 (GMT +4)
Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

18 Yanvar 2021, 16:23 (GMT +4)
Berlin Moskvadan Navalnının azadlığa buraxılmasını tələb edib

18 Yanvar 2021, 16:20 (GMT +4)
Azərbaycan ötən il 470 min ton metanol ixrac edib

18 Yanvar 2021, 16:10 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

18 Yanvar 2021, 16:00 (GMT +4)
Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

18 Yanvar 2021, 15:45 (GMT +4)
Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub

18 Yanvar 2021, 15:44 (GMT +4)
ABŞ Əfqanıstandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb

18 Yanvar 2021, 15:41 (GMT +4)
Avropa Parlamentində və Avropa İttifaqı Şurasında Navalnının saxlanılması müzakirə ediləcək

18 Yanvar 2021, 15:30 (GMT +4)
MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

18 Yanvar 2021, 15:21 (GMT +4)
KİV: Tramp tərəfdarları müxtəlif ştatlarda azsaylı etiraz aksiyaları təşkil edib

18 Yanvar 2021, 15:10 (GMT +4)
Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

18 Yanvar 2021, 15:00 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

18 Yanvar 2021, 14:50 (GMT +4)
Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

18 Yanvar 2021, 14:50 (GMT +4)
Türkiyə müdafiə naziri İraqa elan edilməmiş səfərə yollanıb

18 Yanvar 2021, 14:40 (GMT +4)
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Yanvar 2021, 14:25 (GMT +4)
“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

18 Yanvar 2021, 14:14 (GMT +4)
Braziliya iki COVID-19 peyvəndinin istifadəsinə icazə verib

18 Yanvar 2021, 14:00 (GMT +4)
Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

18 Yanvar 2021, 13:58 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini keçib

18 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66