Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:51 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti pandemiya dövründə də gərgin işini davam etdirir. Bu ilin iyun ayında AUQX xidmətinə 555 zəng daxil olub.

Şirkətdən SalamNews-a verilən məlumata görə, müraciətlərin əksəriyyəti təhsil sahəsi (273 zəng) ilə əlaqəli olub. Müraciət edənlərin 90-ı hüquqi, 65-i psixoloji məsələlərlə maraqlanıblar. Ümumilikdə, 36 müraciət səhiyyə, 35 sosial mövzular üzrə, 56 müraciət isə digər məsələlərlə əlaqəli olub. Zəng edənlərin 446-sı onları narahat edən məsələ ilə bağlı ilk dəfə olaraq Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət ediblər. Toplam müraciətlərin yalnız 109-u təkrarən daxil olub.

İyun ayında xidmətə müraciətlərin təxminən yarısı oğlanlar (280), yerdə qalanları qızlar (275 nəfər) tərəfindən olub. Yaş kateqoriyası üzrə bölgüyə görə zənglərin 452-si 18 yaşdan yuxarı, 103 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub. Zənglərin əksəriyyəti, daha dəqiq desək, 338-i Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mobil nömrəsi, 182-si isə şəhər telefonu vasitəsilə daxil olub. Telefon zənglərindən əlavə, 35 müraciət SMS vasitəsilə qəbul edilib.
Mərkəz əməkdaşları qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar mütəmadi olaraq ailələr və onların uşaqları ilə görüşlər təşkil edirlər. İyun ayı ərzində 29 belə görüş keçirilib, 2 ailə Qaynar Xəttin əməkdaşları tərəfindən ziyarət edilib. Daxil olan müraciətlərlə bağlı aidiyyəti olan orqanlara 11 məktub göndərilib.

Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin əvvəlində yaradılıb. Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan və ilk gündən “Azercell Telekom” MMC-nin dəstəyilə fəaliyyət göstərən bu qurum uşaq və yeniyetmələrə, eləcə də onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardım edir. Bu illər ərzində xidmət mərkəzi uşaqların etimadını qazana bilib. Təkcə 2020-ci ilin yanvar - iyun ayları ərzində AUQX-nə 3174 müraciət daxil olub və onların heç biri diqqətdən kənarda qalmayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66