Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:26 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. Prezident İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

SalamNews-un məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Əli Əhmədov

Eldar Əzizov

Ziyad Səmədzadə

Eldar İbrahimov

Əhliman Əmiraslanov

Teymur Bünyadov

Sudeif İmamverdiyev


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

30 Sentyabr 2020, 17:57 (GMT +4)
Bayden Trampı "Putinin küçüyü" adlandırıb

30 Sentyabr 2020, 17:52 (GMT +4)
Azərbaycanda iki yeni medal təsis edilir

30 Sentyabr 2020, 17:45 (GMT +4)
VEYSƏLOĞLU Azərbaycan ordusuna dəstək göstərir

30 Sentyabr 2020, 17:40 (GMT +4)
MN: Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib

30 Sentyabr 2020, 17:40 (GMT +4)
TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

30 Sentyabr 2020, 17:31 (GMT +4)
Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

30 Sentyabr 2020, 17:25 (GMT +4)
Nazir: Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30 Sentyabr 2020, 17:17 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

30 Sentyabr 2020, 17:15 (GMT +4)
Neftçala öz gənclərini cəbhəyə yola salıb

30 Sentyabr 2020, 17:10 (GMT +4)
Bakı üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb

30 Sentyabr 2020, 17:05 (GMT +4)
Prezident: Bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur

30 Sentyabr 2020, 17:00 (GMT +4)
İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə işimiz yoxdur

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Argentinada son sutkada 13 477 koronavirusa yoluxma aşkar edilib

30 Sentyabr 2020, 16:49 (GMT +4)
Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

30 Sentyabr 2020, 16:42 (GMT +4)
MN: Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib

30 Sentyabr 2020, 16:42 (GMT +4)
Prezident İlham Əliyev: Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır

30 Sentyabr 2020, 16:39 (GMT +4)
Rusiyada yaşayan azərbaycanlı ruhanilər və dini cəmiyyətlər cəbhədəki vəziyətlə bağlı bəyanat yayıblar

30 Sentyabr 2020, 16:30 (GMT +4)
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq 

30 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim işimiz haqq işidir, Vətən uğrunda vuruşuruq

30 Sentyabr 2020, 16:13 (GMT +4)
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib

30 Sentyabr 2020, 16:00 (GMT +4)
"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

30 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

30 Sentyabr 2020, 15:37 (GMT +4)
Ermənistan işğal edilmiş ərazilərdən çıxanadək legitim hərbi əməliyyatlar davam edəcək - Azərbaycan ATƏT nümayəndəliyi 

30 Sentyabr 2020, 15:36 (GMT +4)
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

30 Sentyabr 2020, 15:35 (GMT +4)
Qarabağ döyüşləri İran parlamentində müzakirəyə çıxarılıb

30 Sentyabr 2020, 15:31 (GMT +4)
Politoloq: Yaranan Geosiyasi şərait Qarabağ düyününün həllini məcbur edib

30 Sentyabr 2020, 15:30 (GMT +4)
Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli sayda itki verib

30 Sentyabr 2020, 15:27 (GMT +4)
Parisdə güclü partlayış baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66