Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 18:00 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bir neçə departamentə rəhbər təyin olunub.

SalamNews-un Mərkəzə istinadən verdiyi xəbərə görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmrilə Mərkəzin əməkdaşı Rəşad Hüseynov İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri təyin olunub. Rəşad Hüseynov Almaniyanın nüfuzlu Bonn Universitetində iqtisadiyyat üzrə magistratura pilləsini bitirib, daha sonra isə elə həmin universitetdə tətbiqi iqtisadiyyat və kənd təsərrüfatının iqtisadiyyatı üzrə doktorluq dissertasiyasını fərqlənmə ilə müdafiə edib. Rəşad Hüseynov müxtəlif illərdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən Asiya İnkişaf Bankının (ADB), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (UN FAO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), BMT-nin inkişaf Proqramının (UNDP) məsləhətçisi kimi çalışmışdır. Bundan əlavə, o ADA və Xəzər Universitetlərində iqtisadiyyat üzrə müxtəlif fənlərin tədrisi ilə məşğul olub.

İİTKM-in maliyyə analitiki Ayaz Museyibov icraçı direktorun əmri ilə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri təyin olunub. Yeni departament rəhbəri əmək fəaliyyətinə Mərkəzi Bankda başlayıb. 2016-cı ildən fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentində davam etdirib. 2018-ci ildə isə Azərbaycan Kredit Bürosunda çalışıb, özəl bank sektoru və bir sıra dövlət qurumlarında fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının digər əmri ilə gəlir-xərc analitiki Yusif Səfərov Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri təyin olunub. Qeyd edək ki, Y. Səfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Bakı Mühəndislik Universitetində MBA təhsili alıb və hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır. 2014-cü ildə SOCAR-da iqtisadçı, 2016-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr Departamentinin rəhbəri isə Vüsalə Cəfərova təyin olunub. İqtisadiyyat üzrə fəlsəfə doktoru Vüsalə Cəfərova Bakı Dövlət Universitetində bakalavr təhsilinin ardınca Asiya İnkişaf Bankının maliyyə ixtisası üzrə beynəlxalq MBA və Harvard Universitetində (Kennedi Hökumət Məktəbi) dövlət maliyyə idarəçiliyi və Mançestr Universitetində biznes menecmenti üzrə ixtisasartırma təhsili alıb. Asiya İnkişaf Bankının Filippindəki yerli nümayəndəliyinin direktorunun məsləhətçisi kimi üç ildən artıq fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi və bir sıra beynəlxalq təşkilatlarda 10 ildən artıq iş təcrübəsinə malikdir.

Mərkəzdə daha bir dəyişikliyə əsasən 2017-ci ildən Azexport portalının meneceri kimi fəaliyyət göstərən Ayxan Qədəşov portal rəhbəri təyin olunub. A. Qədəşov Odessa Milli Rabitə Akademiyasının İqtisadiyyat İnstitutunda bakalavr və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasi üzrə magistr təhsili alıb. 2012-2016-ci illərdə bir sıra özəl və dövlət qurumlarında çalışıb.

Yeni təyin olunan departament rəhbərləri artıq vəzifələrinin icrasına başlayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

30 Sentyabr 2020, 17:57 (GMT +4)
Bayden Trampı "Putinin küçüyü" adlandırıb

30 Sentyabr 2020, 17:52 (GMT +4)
Azərbaycanda iki yeni medal təsis edilir

30 Sentyabr 2020, 17:45 (GMT +4)
VEYSƏLOĞLU Azərbaycan ordusuna dəstək göstərir

30 Sentyabr 2020, 17:40 (GMT +4)
MN: Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib

30 Sentyabr 2020, 17:40 (GMT +4)
TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

30 Sentyabr 2020, 17:31 (GMT +4)
Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

30 Sentyabr 2020, 17:25 (GMT +4)
Nazir: Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30 Sentyabr 2020, 17:17 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

30 Sentyabr 2020, 17:15 (GMT +4)
Neftçala öz gənclərini cəbhəyə yola salıb

30 Sentyabr 2020, 17:10 (GMT +4)
Bakı üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb

30 Sentyabr 2020, 17:05 (GMT +4)
Prezident: Bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur

30 Sentyabr 2020, 17:00 (GMT +4)
İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə işimiz yoxdur

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Argentinada son sutkada 13 477 koronavirusa yoluxma aşkar edilib

30 Sentyabr 2020, 16:49 (GMT +4)
Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

30 Sentyabr 2020, 16:42 (GMT +4)
MN: Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib

30 Sentyabr 2020, 16:42 (GMT +4)
Prezident İlham Əliyev: Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır

30 Sentyabr 2020, 16:39 (GMT +4)
Rusiyada yaşayan azərbaycanlı ruhanilər və dini cəmiyyətlər cəbhədəki vəziyətlə bağlı bəyanat yayıblar

30 Sentyabr 2020, 16:30 (GMT +4)
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq 

30 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim işimiz haqq işidir, Vətən uğrunda vuruşuruq

30 Sentyabr 2020, 16:13 (GMT +4)
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib

30 Sentyabr 2020, 16:00 (GMT +4)
"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

30 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

30 Sentyabr 2020, 15:37 (GMT +4)
Ermənistan işğal edilmiş ərazilərdən çıxanadək legitim hərbi əməliyyatlar davam edəcək - Azərbaycan ATƏT nümayəndəliyi 

30 Sentyabr 2020, 15:36 (GMT +4)
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

30 Sentyabr 2020, 15:35 (GMT +4)
Qarabağ döyüşləri İran parlamentində müzakirəyə çıxarılıb

30 Sentyabr 2020, 15:31 (GMT +4)
Politoloq: Yaranan Geosiyasi şərait Qarabağ düyününün həllini məcbur edib

30 Sentyabr 2020, 15:30 (GMT +4)
Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli sayda itki verib

30 Sentyabr 2020, 15:27 (GMT +4)
Parisdə güclü partlayış baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66