Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 15:10 (GMT +4)

Bakı, 4 avqust, SalamNews. Qida Təhlükəsizliyi Agentliyi ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə əlaqədar ictimai iaşə müəssisələrinə müraciət edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SalamNews-a bildiriblər ki, müraciətdə deyilir: Pandemiya dövründə ictimai iaşə müəssisələri Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu iki dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır”.

Müraciətdə daha sonra deyilir: “İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra agentlik əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi hallar aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

30 Sentyabr 2020, 17:57 (GMT +4)
Bayden Trampı "Putinin küçüyü" adlandırıb

30 Sentyabr 2020, 17:52 (GMT +4)
Azərbaycanda iki yeni medal təsis edilir

30 Sentyabr 2020, 17:45 (GMT +4)
VEYSƏLOĞLU Azərbaycan ordusuna dəstək göstərir

30 Sentyabr 2020, 17:40 (GMT +4)
MN: Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib

30 Sentyabr 2020, 17:40 (GMT +4)
TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

30 Sentyabr 2020, 17:31 (GMT +4)
Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

30 Sentyabr 2020, 17:25 (GMT +4)
Nazir: Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30 Sentyabr 2020, 17:17 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

30 Sentyabr 2020, 17:15 (GMT +4)
Neftçala öz gənclərini cəbhəyə yola salıb

30 Sentyabr 2020, 17:10 (GMT +4)
Bakı üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb

30 Sentyabr 2020, 17:05 (GMT +4)
Prezident: Bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur

30 Sentyabr 2020, 17:00 (GMT +4)
İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə işimiz yoxdur

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Argentinada son sutkada 13 477 koronavirusa yoluxma aşkar edilib

30 Sentyabr 2020, 16:49 (GMT +4)
Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

30 Sentyabr 2020, 16:42 (GMT +4)
MN: Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib

30 Sentyabr 2020, 16:42 (GMT +4)
Prezident İlham Əliyev: Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır

30 Sentyabr 2020, 16:39 (GMT +4)
Rusiyada yaşayan azərbaycanlı ruhanilər və dini cəmiyyətlər cəbhədəki vəziyətlə bağlı bəyanat yayıblar

30 Sentyabr 2020, 16:30 (GMT +4)
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq 

30 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim işimiz haqq işidir, Vətən uğrunda vuruşuruq

30 Sentyabr 2020, 16:13 (GMT +4)
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib

30 Sentyabr 2020, 16:00 (GMT +4)
"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

30 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

30 Sentyabr 2020, 15:37 (GMT +4)
Ermənistan işğal edilmiş ərazilərdən çıxanadək legitim hərbi əməliyyatlar davam edəcək - Azərbaycan ATƏT nümayəndəliyi 

30 Sentyabr 2020, 15:36 (GMT +4)
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

30 Sentyabr 2020, 15:35 (GMT +4)
Qarabağ döyüşləri İran parlamentində müzakirəyə çıxarılıb

30 Sentyabr 2020, 15:31 (GMT +4)
Politoloq: Yaranan Geosiyasi şərait Qarabağ düyününün həllini məcbur edib

30 Sentyabr 2020, 15:30 (GMT +4)
Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli sayda itki verib

30 Sentyabr 2020, 15:27 (GMT +4)
Parisdə güclü partlayış baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66