Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:46 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. İmişlidə yerləşən antropogen göllərdən Baş Muğan kanalına su vurulmasına start verilib.

SalamNews xəbər verir ki, antropogen göllərdəki su ehtiyatı hesabına ətraf rayonlarda suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Artıq Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb.

Bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.

Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkədə yaranan su probleminin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə tədbirlər planı həyata keçirilir. Planın 1.7 bəndinə uyğun olaraq ölkə ərazisində ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər görülür. Baş Nazirin müavini qeyd edib ki, ilkin mərhələdə İmişli rayonunun Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə edilməsinə başlanılıb. Bir-biri ilə əlaqəli olan 5 gölün ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 100 milyon kubmetrə qədər su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.

Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Baş Muğan kanalına ötürülən su hesabına 3 rayonda - İmişli, Saatlı və Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması yaxşılaşacaq. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.

Yaxın gələcəkdə digər göllərdən də suvarma məqsədilə istifadə olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66