Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:24 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədov adlı şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov SalamNews-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sosial mediada iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub, Seymur Əhmədovun izahatını alıb, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.

O ki, qaldı Fuad Qəhrəmanlı adlı şəxsin guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı adlı şəxs ümumiyyətlə qeyd olunan idarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib

21 Sentyabr 2020, 09:27 (GMT +4)
İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

21 Sentyabr 2020, 09:24 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib

21 Sentyabr 2020, 09:20 (GMT +4)
Trampa zəhər göndərməkdə şübhəli bilinən şəxs tutulub

21 Sentyabr 2020, 09:15 (GMT +4)
Prezident: Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində

21 Sentyabr 2020, 09:12 (GMT +4)
ABŞ birtərəfli qaydada İrana qarşı sabiq beynəlxaql sanksiyalara start verdiyini bildirib

21 Sentyabr 2020, 09:00 (GMT +4)
Azərbaycana şəxsi istifadə üçün gətirilən malların qaydası sərtləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66