Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir

03 Avqust 2020, 11:01 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. “Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir.

SalamNews xəbər verir ki, müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib. 

“Koronavirusla mübarizə dövründə iş başında vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyəbu qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

“Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola biləcək müxtəlif layihələr həyata keçirmişik. “Günün Qəhrəmanları” müsabiqəsi də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.

Xatırladaq ki, müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar.Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilərlər.

Şərtləri bir daha nəzərinizə çatdırırıq:
1) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
2) Məqaləyərazılıq əsasında foto və videolar da əlavə edilə bilər.
3) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
4) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
5) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər “MS Word” faylındamedia@azerfon.az elektron ünvanına göndərməlidirlər.
6) Sosial media istifadəçiləri də eynilə, hekayələrinimedia@azerfon.az elektron ünvanına göndərməlidirlər.

Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarınıöz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66