Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İsmayıllıda təməli qoyulan “DOST Evi” turizmin inkişafına dəstək verəcək 

30 İyul 2020, 13:20 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.

Ümumilikdə 5925 m2 ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq.

“DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları və s. kimi istehsal sahələri qurulacaq. Ümumilikdə milli mədəniyyət nümunələrinin istehsalı üçün burada 5 emaltxana, 1 sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək. 40-50 nəfər müəssisədə işlə təmin olunacaq.

Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də İvanovka kənd məhsullarının satışı üçün bio-bazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək.

Mərkəzin regionun turizm infrastrukturuna inteqrasiyası vasitəsilə gəlirlərinin pilləli artırılması, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır.

Son üç ildə İsmayıllı rayonunda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. “DOST Evi” bölgədə özünüməşğulluq layihələrinin icrasına da dəstək göstərəcək. Müəssisədəki istehsal sahələrinin özünüməşğulluq proqramı iştirakçılarına güzəştli şərtlərlə icarəyə verilməsi, habelə bu istehsal sahələrindən peşə hazırlığı kursları üçün təlim bazası kimi istifadə edilməsi də nəzərdə tutulur.

Ümumilikdə, inşasına başlanan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi regionun sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayacaq.

Onu da bildirək ki, sosial müdafiə və aktiv məşğulluq proqramları İsmayıllı rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda 129 mənzil və fərdi ev inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə verilib, 61 nəfər müharibə əlilli avtomobillə təmin olunub. Cari ildə də bu sahədə işlər davam edir. Rayonda 22 minə yaxın şəxs pensiya, müavinət, təqaüd ünvanlı sosial yardımla, 173 nəfər sosial xidmətlərlə təmin olunur. Həmçinin İsmayıllı rayonu üzrə hazırda 455 nəfər əmək müqaviləsi əsasında ödənişli ictimai işlərdə çalışır. Bu ilin 6 ayında isə məşğulluq xidməti vasitəsilə rayonda 431 nəfərin məşğulluğu təmin edilib.

Keçən il sosial xidmət layihələri üzrə İsmayıllı rayonunda reabilitasiya yönümlü 4 sosial xidmət mərkəzi yaradılaraq həssas qruplardan olan uşaqlara və onların ailələrinə ehtiyaclarına uyğun dəstək göstərib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2020, 21:26 (GMT +4)
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

28 Oktyabr 2020, 20:54 (GMT +4)
İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

28 Oktyabr 2020, 20:36 (GMT +4)
Azərbaycan Ordusu döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib (VİDEO)

28 Oktyabr 2020, 19:45 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

28 Oktyabr 2020, 19:25 (GMT +4)
MN: Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 18:30 (GMT +4)
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb

28 Oktyabr 2020, 18:06 (GMT +4)
Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb

28 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

28 Oktyabr 2020, 17:58 (GMT +4)
Dövlət Komitəsi ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edib

28 Oktyabr 2020, 17:48 (GMT +4)
Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

28 Oktyabr 2020, 17:45 (GMT +4)
8 şəhər və 13 rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

28 Oktyabr 2020, 17:42 (GMT +4)
Xarici İşlər Nazirliyi bəyanat yayıb

28 Oktyabr 2020, 17:35 (GMT +4)
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

28 Oktyabr 2020, 17:30 (GMT +4)
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

28 Oktyabr 2020, 17:23 (GMT +4)
Azərbaycan hökuməti “Facebook” şirkətinə müraciət edib

28 Oktyabr 2020, 17:11 (GMT +4)
Doqquz ayda dəniz nəqliyyatı ilə 658,6 min ton yük daşınıb

28 Oktyabr 2020, 17:08 (GMT +4)
İranın Azərbaycandakı səfirliyi Ermənistanın Bərdəyə raket hücumunu pisləyib

28 Oktyabr 2020, 17:04 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

28 Oktyabr 2020, 17:02 (GMT +4)
Ermənilərin Bərdəyə raket hücumu nəticəində FHN-nin bir əməkdaşı həlak olub, biri ağır yaralanıb

28 Oktyabr 2020, 16:58 (GMT +4)
Azərbaycan bu günə qədər 560 mln barel neft, 7 mlrd kubmetr qaz ixrac edib

28 Oktyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub

28 Oktyabr 2020, 16:40 (GMT +4)
Azərbaycan Ordusu daha 13 kəndi erməni işğalından azad edib

28 Oktyabr 2020, 16:33 (GMT +4)
Prezident: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq

28 Oktyabr 2020, 16:28 (GMT +4)
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib

28 Oktyabr 2020, 16:22 (GMT +4)
MN: Ermənistan Tərtər ərazisini “Qrad”lardan və toplardan atəşə tutub

28 Oktyabr 2020, 16:20 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

28 Oktyabr 2020, 16:11 (GMT +4)
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir

28 Oktyabr 2020, 16:00 (GMT +4)
MN: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28 Oktyabr 2020, 15:43 (GMT +4)
Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini davam etdirir

28 Oktyabr 2020, 15:37 (GMT +4)
Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66