Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini başa vurub

29 İyul 2020, 15:02 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVID-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının məsafədən baş tutmasına əsas verdi.Universitetin Elmi Şurası COVID-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi.

Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahanda iştirak etdi.

SalamNews xəbər verir ki, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması və obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın və obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apellyasiya Komissiyası onlaynfəaliyyət göstərdi.Universitetin bütün fakültələrində keçirilən imtahanların gedişiApellyasiya Komissiyası tərəfindən izləndi.Sessiyaərzində qərargaha 153 elektron müraciət daxil oldu, onların əksəriyyəti tələbələrin xeyrinə həll edildi.Müraciətlərin 104-ü təbiət, 49-u humanitar fakültələrin payına düşüb.

İmtahanların onlayn formada keçirilməsinə baxmayaraq, tələbələr və professor-müəllim heyəti arasında tam demokratik şərait yaradılmış, obyektiv qiymətləndirmə aparılmışdır. Appelyasiya Komissiyasının sədri AMEA-nın müxbir üzvü, BDU-nun Botanika kafedrasının müdiri Elşad Qurbanov aparılan maarifləndirmə işləri ilə yanaşı, professor-müəllim heyətinin obyektivliyi nəticəsində imtahan sessiyası müddətində komissiyaya müraciət edən tələbələrin sayının kəskin surətdə azaldığını qeyd etmişdir.

Universitetin professor-müəllim heyətinin onlayn dərsləri yüksək səviyyədə keçməklə yanaşı, imtahan sessiyasının da öhdəsindən müvəffəqiyyətlə gəlmişdirlər. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2020, 15:57 (GMT +4)
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir

20 Oktyabr 2020, 15:32 (GMT +4)
Zəngilana Azərbaycan bayrağı sancıldı (VİDEO)

20 Oktyabr 2020, 15:30 (GMT +4)
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:24 (GMT +4)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:13 (GMT +4)
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20 Oktyabr 2020, 13:10 (GMT +4)
MN: Döyüş əməliyyatları uğurla davam edir (FOTO)

20 Oktyabr 2020, 13:04 (GMT +4)
İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

20 Oktyabr 2020, 12:58 (GMT +4)
Dünya bazarlarında təbii qazın qiyməti artıb

20 Oktyabr 2020, 12:45 (GMT +4)
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

20 Oktyabr 2020, 12:44 (GMT +4)
TBMM sədri: Minsk grupu beyin ölümü keçirib

20 Oktyabr 2020, 12:35 (GMT +4)
Nazirlikdən xəbərdarlıq: Ermənistanın “fişinq” hücumları davam edir

20 Oktyabr 2020, 12:33 (GMT +4)
İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

20 Oktyabr 2020, 12:22 (GMT +4)
Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub

20 Oktyabr 2020, 12:15 (GMT +4)
Sinqapurda nəfəslə COVID-19-u təyin edən test hazırlanıb

20 Oktyabr 2020, 11:57 (GMT +4)
Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

20 Oktyabr 2020, 11:54 (GMT +4)
Mustafa Şentop Gəncəyə yola düşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66