Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

28 İyul 2020, 11:40 (GMT +4)

Bakı, 28 iyul, SalamNews. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

SalamNews  xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2020, 13:00 (GMT +4)
DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

21 Sentyabr 2020, 12:47 (GMT +4)
Çində Rusiyadan gələn dəniz məhsulları üzərində COVID-19 tapılıb

21 Sentyabr 2020, 12:44 (GMT +4)
İranın xarici işlər naziri Moskvaya rəsmi səfərə gedir

21 Sentyabr 2020, 12:42 (GMT +4)
Rəsmi Bakı cəbhədə baş verənlərlə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 12:37 (GMT +4)
Masazırda yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub

21 Sentyabr 2020, 10:16 (GMT +4)
ABŞ son aylarda BMT TŞ-da üç dəfə məğlubiyyətlə üzləşib – Həsən Ruhani

21 Sentyabr 2020, 10:11 (GMT +4)
Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq - Bill Geyts

21 Sentyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

21 Sentyabr 2020, 09:45 (GMT +4)
Sabahdan Azərbaycanda payız fəsli başlayır

21 Sentyabr 2020, 09:42 (GMT +4)
Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Əlcəzair İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib (VİDEO)

21 Sentyabr 2020, 09:40 (GMT +4)
Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib

21 Sentyabr 2020, 09:27 (GMT +4)
İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66