Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

27 İyul 2020, 15:40 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. İyulun 27-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qross ilə görüşüb. Görüşdə ölkələrimiz arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

AMEA-dan SalamNews-a verilən məlumata görə, akademik Ramiz Mehdiyev Azərbaycan-Fransa əlaqələrinin tarixi mərhələlərindən, siyasi, iqtisadi, mədəni və elmi sahələri əhatə edən əməkdaşlıq münasibətlərindən, eləcə də koronavirus pandemiyası dövründə ölkədəki mövcud karantin rejimi çərçivəsində AMEA-da aparılan elmi-tədqiqat işlərindən söz açıb.

Azərbaycan elminin dünya elminə inteqrasiyasından bəhs edən AMEA rəhbəri akademiyada kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinə üstünlük verildiyini deyib. Bu mənada Fransanın elm və ali təhsil mərkəzləri ilə də fəaliyyətin genişləndirilməsi üçün yüksək potensialın olduğunu qeyd edib.

Səfir Zakari Qross səmimi qəbula və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində xidmətlərə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Fransanın bir sıra elmi istiqamətlərdə etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətinin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb.

Görüşdə AMEA-nın Birinci vitse-prezidentləri, akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, Azərbaycandakı Fransa İnstitutunun direktoru, Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerom Kel və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Oktyabr 2020, 23:20 (GMT +4)
Prezident: Qubadlı şəhəri işğalçılardan azad edilib

25 Oktyabr 2020, 18:56 (GMT +4)
Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

25 Oktyabr 2020, 18:51 (GMT +4)
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub

25 Oktyabr 2020, 16:09 (GMT +4)
Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayımlanıb (VİDEO)

25 Oktyabr 2020, 15:50 (GMT +4)
MN: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

25 Oktyabr 2020, 15:10 (GMT +4)
MN: Düşmənin hərbi vəzifəlilərin böyük hissəsi və texnikası məhv edilib

25 Oktyabr 2020, 08:09 (GMT +4)
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66