Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

24 İyul 2020, 16:13 (GMT +4)

Bakı, 24 iyul, SalamNews. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə təşəkkür məktubu göndərib.

SalamNews-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

İlk növbədə Sizə səmimi salamlarımı yetirirəm.

Ermənistanın qəfil və xain hücumu nəticəsində ordumuzun hərbçiləri və mülki vətəndaşımızın həlak olması ilə bağlı göndərdiyiniz başsağlığına və ölkənizin son hadisələrlə bağlı obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz avantürist və təcavüzkar siyasətindən əl çəkməyərək hərbi və mülki obyektlərin, dinc sakinlərə məxsus evlərin bombalanması ilə bağlı göstərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Son hadisələr bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən qeyd olunan hücum Ermənistanın işğalçı siyasətinin davamıdır.

Bu hadisələr zamanı hərbçilərlə yanaşı, uşaq, qadın və yaşlı insanların hədəfə alınması, öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan iqtidarında təmsil olunduğunu təsdiq etdi.

Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alındı və bundan sonra da alınacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.

Biz də öz növbəmizdə 1995-ci ildə Srebrenitsa faciəsini yaşayan Bosniya xalqının dərdinə şərik çıxır, qətliam qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2020, 14:40 (GMT +4)
Rusiya apteklərində COVID-19 preparatının satışları başlayıb

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

21 Sentyabr 2020, 14:10 (GMT +4)
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

21 Sentyabr 2020, 14:05 (GMT +4)
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

21 Sentyabr 2020, 13:56 (GMT +4)
İran XİN Ermənistanın İsraildə səfirlik açması haqda bəyanat verib

21 Sentyabr 2020, 13:50 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

21 Sentyabr 2020, 13:44 (GMT +4)
BMT Baş katibi İrana qarşı sanksiyaları bərpa etməkdən imtina edib

21 Sentyabr 2020, 13:26 (GMT +4)
KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

21 Sentyabr 2020, 13:12 (GMT +4)
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırır

21 Sentyabr 2020, 13:00 (GMT +4)
DİM: Ali məktəblərə ixtisas seçimi başa çatıb

21 Sentyabr 2020, 12:47 (GMT +4)
Çində Rusiyadan gələn dəniz məhsulları üzərində COVID-19 tapılıb

21 Sentyabr 2020, 12:44 (GMT +4)
İranın xarici işlər naziri Moskvaya rəsmi səfərə gedir

21 Sentyabr 2020, 12:42 (GMT +4)
Rəsmi Bakı cəbhədə baş verənlərlə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 12:37 (GMT +4)
Masazırda yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

21 Sentyabr 2020, 12:10 (GMT +4)
Akademik Rəfiqə Əliyevanın anadan olmasının 88-ci ildönümüdür

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Ayətullah Xamenei İranın səkkiz illik müharibədə qələbə çalması ilə bağlı çıxış edib

21 Sentyabr 2020, 12:05 (GMT +4)
Rusiyada "Kavkaz-2020" strateji təlimləri başlayıb

21 Sentyabr 2020, 12:00 (GMT +4)
DSK: Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

21 Sentyabr 2020, 11:50 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 31.028.757-ə çatıb

21 Sentyabr 2020, 11:27 (GMT +4)
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib

21 Sentyabr 2020, 11:25 (GMT +4)
Azərbaycan Ordusu şəhid verib

21 Sentyabr 2020, 11:20 (GMT +4)
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sentyabr 2020, 11:19 (GMT +4)
Hindistanda yaşayış binası uçub, ölənlər var

21 Sentyabr 2020, 11:07 (GMT +4)
XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır

21 Sentyabr 2020, 11:02 (GMT +4)
DQİDK-nın şöbə müdiri: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

21 Sentyabr 2020, 11:00 (GMT +4)
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

21 Sentyabr 2020, 10:49 (GMT +4)
Gürcüstanda bir gündə təxminən 193 nəfər koronavirusa yoluxub

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Kompüter, elektron və optik məhsulların istehsalı artıb

21 Sentyabr 2020, 10:42 (GMT +4)
Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

21 Sentyabr 2020, 10:30 (GMT +4)
Azərbaycana peyvəndin gətirilməsi ilə bağlı rəsmi açıqlama verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66