Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb

23 İyul 2020, 10:09 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr edilmiş “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsinin nəticələri məlum olub. Müsabiqəyə təqdim olunmuş 64 materialdan 32-si mükafatlandırılıb.

Bu barədə SalamNews-a "SOCAR-AQŞ"dən bildirilib.

Belə ki, 30 qalib seçilməsi planlaşdırılırdı, lakin jüri qiymətləndirməsi nəticəsində 30, 31 və 32-ci yerlərdə olan jurnalistlərin balları eyni olduğu üçün onların hər üçü qalib kimi qəbul olunub. Həmçinin material göndərmiş digər jurnalistlərə də SOCAR AQŞ tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək. Bir neçə material isə müsabiqə şərtlərini pozduğu üçün (plagiat, başqa tarixdə yayımlanma və s.) müsabiqəyə daxil edilməyib.

Layihə SOCAR AQŞ kollektivinin müəssisə daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solutions” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. SOCAR AQŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Əkbərova bildirib ki, layihənin məqsədi həm jurnalistləri təbrik etmək, həm də koronavirusla bağlı ictimaiyyətin məlumatlanmasına dəstək olmaqdır: “Məqsədimizə çatdıq – koronavirusla bağlı maarifləndirici materialların hazırlanmasını stimullaşdırdıq və müsabiqədə iştirak edən bütün jurnalistlər cəmiyyətə fayda vermiş oldu. İlk 32 jurnalist üçün zamanın nəbzini tutmalarına və sağlamlıqlarını qorumalarına dəstək olmaq üçün ağıllı saatlar, digər 32 jurnalist üçün isə müasir jurnalistin fəaliyyəti zamanı ona lazım olacaq faydalı və dəyərli hədiyyələrimiz var”.

Ölkədəki karantin qaydaları səbəbindən, müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilməyəcək. Bugündən etibarən “INPRESS PR Solutions” şirkətinin əməkdaşları materialları müsabiqəyə buraxılmış 64 jurnalistin hər biri ilə əlaqə saxlayaraq hədiyyələri çatdıracaqlar. Jurnalistlərdən xahiş olunur ki, sualları yaranarsa, +994 50 310 42 40 telefon nömrəsi vasitəsilə bu şirkətlə əlaqə saxlasınlar.

Müsabiqənin obyektivliyini qorumaq məqsədilə, münsiflər heyətinin üzvləri nəticələrin açıqlandığı bugünədək ictimaiyyətdən gizli saxlanılıb. Onlar cəmiyyətə yaxşı tanış olan aşağıdakı media ekspertləridirlər:

Məqsəd Nur – Yazıçı-jurnalist, televiziya eksperti, Lider TV, RTV (indiki ARB), ATV, AzTV kimi TV kanallarında rəhbər vəzifələrdə çalışıb.

Vüqar Zifəroğlu – Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekanı.

Emin Musəvi – ASAN Radionun direktoru.

Səbinə Məlikova – “Belə belə işlər” media layihəsinin rəhbəri.

Vüqar İbadov – Bakı Media Mərkəzinin video və foto mütəxəssisi.

Münsif üzvlər öz ballarını digər jüri həmkarlarının kim olmasından xəbərsiz formada veriblər. Müsabiqənin təşkilati işlərini icra edən “INPPRESS PR Solutions” şirkəti jüri üzvlərin verdiyi balları bir yerdə toplayaraq son nəticəni hesablayıb.

Müsabiqənin yekunu olaraq, saglamxeber.az saytı yaradılıb və həm müsabiqənin nəticələri, həm də təqdim olunmuş materiallar bu saytda yerləşdirilib. Hələlik ilk 32 material yayımlanıb, həftə ərzində digər materiallar da saytda yayımlanacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“SOCAR-Petroleum” yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

SOCAR "Petrofac" ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

“SOCAR-Petrofac” birgə müəssisəsi “BP-Azerbaijan”la saziş imzalayıb

SOCAR istiqrazlarının növbəti faizi ödənilib

SOCAR II rübün göstəricilərini açıqlayıb

Ötən il SOCAR-ın ümumi dövriyyəsi 83,8 milyard manat olub

SOCAR 2019-cu ildə xam neftin satışından əldə etdiyi gəliri açıqlayıb

SOCAR-ın ötənilki xalis mənfəəti 651 milyon manat təşkil edib

SOCAR: Xəzər dənizində daha iki neftçinin meyiti tapılıb

SOCAR qanvermə aksiyasına qoşulub

SOCAR-da işçilərin təhlükəsizliyi üzrə islahatlara start verilib

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub

OPEC+ çərçivəsində tədbirlərin icrası SOCAR-a tapşırılıb

SOCAR “Rəqəmsal yataq” layihəsinə başlayır

“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib

SOCAR İstiqrazları sahiblərinə 1 milyon 250 min dollar gəlir qazandırıb

SOCAR bu il 26 min metr həcmində qazma işləri həyata keçirib

SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66