Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

23 İyul 2020, 09:37 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

SalamNews xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT-nin Baş katibi, eyni zamanda, qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz sadəcə öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq.

Dövlətimizin başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır.

Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMT-nin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Bu gün daha 7 şagird virusa yoluxub

23 Sentyabr 2020, 18:00 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmaya görə anti-rekord qeydə alınıb

23 Sentyabr 2020, 17:40 (GMT +4)
Azərbaycanın 3 şəhəri YUNESKO-nun Qlobal Şəbəkəsinə üzv seçilib

23 Sentyabr 2020, 17:27 (GMT +4)
Misir prezidenti Xəlifa Haftarla görüşüb

23 Sentyabr 2020, 17:20 (GMT +4)
Azərbaycanda koronavirusdan ölənlərin sayı 580 nəfərə çatıb

23 Sentyabr 2020, 17:18 (GMT +4)
Mask "Tesla"nın daha ucuz versiyasının istihsal ediləcəyinə söz verib 

23 Sentyabr 2020, 17:16 (GMT +4)
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb

23 Sentyabr 2020, 17:15 (GMT +4)
Rusiya Dövlət Dumasının Sədri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

23 Sentyabr 2020, 17:07 (GMT +4)
Gömrükçülər siqaret müsadirə edib

23 Sentyabr 2020, 16:49 (GMT +4)
Tramp COVID-19-la bağlı görülən tədbilərə görə özünü tərifləyib

23 Sentyabr 2020, 16:33 (GMT +4)
7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

23 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan nümayəndə heyətinin Vyaçeslav Volodin ilə görüşü başlayıb

23 Sentyabr 2020, 16:15 (GMT +4)
TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

23 Sentyabr 2020, 16:14 (GMT +4)
İran bölgəyə yeni daxil olan ABŞ aviadaşıyıcısını yerli PUA-larla izlədiyini bildirib (FOTO)

23 Sentyabr 2020, 16:12 (GMT +4)
Lavrov: Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır

23 Sentyabr 2020, 16:00 (GMT +4)
Millimizin futbolçusunun klubunda koronavirus aşkarlanıb

23 Sentyabr 2020, 15:52 (GMT +4)
Makron: AB Türkiyə ilə dialoqa hazırdır

23 Sentyabr 2020, 15:37 (GMT +4)
Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

23 Sentyabr 2020, 15:28 (GMT +4)
Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

23 Sentyabr 2020, 15:15 (GMT +4)
AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

23 Sentyabr 2020, 15:14 (GMT +4)
Lavrov: Paşinyanın Qarabağla bağlı açıqlamaları münaqişənin həllinə mane olur

23 Sentyabr 2020, 15:06 (GMT +4)
Naxçıvana yeni ambulanslar verilib

23 Sentyabr 2020, 14:57 (GMT +4)
İranda son sutkada 184 koronavirus xəstəsinin ölümü qeydə alınıb

23 Sentyabr 2020, 14:32 (GMT +4)
Lukaşenko Belarus Prezidenti kimi vəzifəsinin icrasına başlayıb

23 Sentyabr 2020, 14:30 (GMT +4)
Sahibə Qafarova: Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib

23 Sentyabr 2020, 14:21 (GMT +4)
Cənubi Koreya BMT-dən KXDR ilə müharibənin bitməsinə kömək etməsini istəyib

23 Sentyabr 2020, 14:15 (GMT +4)
Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

23 Sentyabr 2020, 13:53 (GMT +4)
ABŞ 40 ildir İrana sanksiya tətbiq edir, amma son iki ildə iqtisadi müharibəyə qalxıb – Ruhani

23 Sentyabr 2020, 13:50 (GMT +4)
“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir 

23 Sentyabr 2020, 13:44 (GMT +4)
“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66