Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN birinci yarımilin yekunlarına dair kollegiya iclası keçirib

23 İyul 2020, 13:07 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı verilən tapşırıqların icrası olaraq,sosial müdafiə və aktiv məşğulluq proqramları bu il rekord səviyyədə genişlənəcək.

SalamNews-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə cari ilin birinci yarımilinin yekunlarına dair videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib. Nazir vurğulayıb ki, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amili dayanır və bunun nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir. Prezident bütün sosial layihələrin artıqlaması ilə icra ediləcəyini, bu ilin bu baxımdan rekord göstərici olduğunu bəyan edib.

S.Babayev bildirib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramı bu il rekord səviyyədə icra olunacaq. İyulun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı 8 mindən çox şəhid ailəsi, müharibə əlilinin mənzillərlə təmin edildiyini, 7 minə yaxın avtomobil verildiyini qeyd edib.

Nazir deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara mənzillərin, həmçinin müharibə əlillərininə avtomobillərin təqdim edilməsi tədbirlərində iştirak etməsi, onlarla mütəmadi görüşlər keçirməsi də şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğının əyani təzahürüdür. Bu, bir daha göstərir ki, hər bir şəhid ailəsi, müharibə əlili daim Prezidentin qayğısı ilə əhatə olunub.

S.Babayev qeyd edib ki, Nazirlik tərəfindən də şəhid ailələri və müharibə əlilləri ilə bağlı bütün sosial müdafiə tədbirləri dövlət başçısının həmin əhali qruplarına olan yüksək qayğısına layiq səviyyədə təşkil olunaraq, uğurla həyata keçiriləcək, bu istiqamətdə atılan mühüm addımlar davam edəcək.

İclasda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan videokonfransda sosial sahə ilə bağlı verilən tapşırıqların icrası, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.

2020-ci ilin birinci yarımilliyi ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğuluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən görülmüş işlərə, Nazirlik tərəfindən Dövlət investisiya proqramının icra vəziyyətinə dair hesabatlar dinlənilib və müzakirə edilib.

Nazir diqqətə çatdırıb ki, dövlət sosial xidmətlərinin keyfiyyətinin daim yüksəldilməsi üçün islahatlar geniş vüsət alır. Dövlət sosial xidmətlərinin DOST xidmətləri müstəvisində bir pəncərədən, çevik və şəffaf təşkili vətəndaş məmnunluğuna yol açıb və nazirliyin tabeliyində publik hüququ şəxslərin yaradılması da bu məqsədə yönələn islahatların tərkib hissəsidir. DOST mərkəzlərinin yaradılması ilə yanaşı, əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi də geniş vüsət alıb.

S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarların tətbiqi əlilliyi olan şəxslərin aktiv həyat tərzinə malik olmaq, mövcud əmək potensiallarını reallaşdırmaq, əmək bazarında fəaliyyətlərinə davam etmək, cəmiyyətə inteqrasiya etmək imkanlarını artıracaq. Artıq bununla bağlı qabaqcıl dünya standartları nəzərə alınmaqla yeni qanunvericilik layihəsi hazırlanıb.

İclasda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müvafiq indeks meyarları üzrə qiymətləndirilməsinin nəticələri, əlilliyin qiymətləndirilməsinin yeni meyarlarına dair qanunvericilik layihəsindən irəli gələn məsələlər, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi” və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında 28 fevral 2000-ci il tarixli Qərarlarına dəyişiklik edilməsi barədə” Qərar layihələrinə dair müzakirələr də aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Yanvar 2021, 00:47 (GMT +4)
FHN: Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb

25 Yanvar 2021, 23:42 (GMT +4)
FHN: Xırdalandakı partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib (Yenilənib)

25 Yanvar 2021, 19:19 (GMT +4)
Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb

25 Yanvar 2021, 18:00 (GMT +4)
Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

25 Yanvar 2021, 17:50 (GMT +4)
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb

25 Yanvar 2021, 17:47 (GMT +4)
Putin yetkinlik yaşına çatmayanların icazəsiz aksiyalara cəlb edilməsinə münasibət bildirib

25 Yanvar 2021, 17:45 (GMT +4)
Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

25 Yanvar 2021, 17:39 (GMT +4)
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb

25 Yanvar 2021, 17:32 (GMT +4)
Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25 Yanvar 2021, 17:23 (GMT +4)
XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb

25 Yanvar 2021, 17:17 (GMT +4)
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb, yaralananlar var

25 Yanvar 2021, 17:17 (GMT +4)
MN Füzuli rayonunun Kürdlər kəndindən videogörüntülər hazırlayıb

25 Yanvar 2021, 17:11 (GMT +4)
Putin Gəlincikdəki "saray" ilə bağlı aparılan araşdırmanı şərh edib

25 Yanvar 2021, 17:06 (GMT +4)
Ağstafa sakinindən narkotik vasitə götürülüb

25 Yanvar 2021, 17:00 (GMT +4)
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

25 Yanvar 2021, 16:53 (GMT +4)
NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

25 Yanvar 2021, 16:42 (GMT +4)
Putin Rusiyada epidemioloji vəziyyətin sabitləşdiyini açıqlayıb

25 Yanvar 2021, 16:42 (GMT +4)
Şəmkir sakinlərindən silah aşkarlanıb

25 Yanvar 2021, 16:31 (GMT +4)
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

25 Yanvar 2021, 16:21 (GMT +4)
Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:15 (GMT +4)
Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb

25 Yanvar 2021, 16:14 (GMT +4)
Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

25 Yanvar 2021, 16:05 (GMT +4)
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25 Yanvar 2021, 15:58 (GMT +4)
İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır

25 Yanvar 2021, 15:53 (GMT +4)
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:40 (GMT +4)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

25 Yanvar 2021, 15:30 (GMT +4)
Ötən il ali dövlət mükafatları ilə təltif edilən prokurorluq işçilərinin sayı açıqlanıb

25 Yanvar 2021, 15:20 (GMT +4)
Avstriya sakinləri maska yerinə respirator taxmağa məcbur edilir

25 Yanvar 2021, 15:20 (GMT +4)
Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb

25 Yanvar 2021, 15:10 (GMT +4)
Astarada narkotik alverçisi tutulub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66