Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AZAL İstanbula hər gün aviareyslər həyata keçirəcək

20 İyul 2020, 17:51 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30 faiz həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- “Referans” laboratoriyası;

- “Leyla” klinikası;

- “Memorial” klinikası;

- “Bona Dea” xəstəxanası;

- “İnci” laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- “Kaspian Hospital”;

- “UltraLab”.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi .

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər 2 həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66