Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır

20 İyul 2020, 16:35 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirən BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycan Respublikasında yaradılması ilə əlaqədar onlayn tədbir keçirilib.

SalamNews-un məlumatına görə, görüşdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Niderland Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, həmçinin BMT sisteminə daxil olan təşkilatların, BMqT-nin Cenevrədə yerləşən mənzil-qərargahı və Vyanadakı ofisinin rəhbər şəxsləri, habelə Azərbaycan Respublikasının müvafiq qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının, şirkətlərin, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərinin məsul əməkdaşları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əvvəlcə tədbir iştirakçıları ilə birgə son günlərdə Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumları nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin və vətəndaşlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Nitqində BMT və BMT-nin Miqrasiya Agentliyi olan BMqT ilə sıx əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayan V.Hüseynov BMT-nin Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasını BMT-nin Baş Katibinin təşəbbüsü ilə Azərbaycan Respublikasının da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədində əksini tapan məsələlərin daha da uğurla icra edilməsinə töhfə verəcəyini qeyd edib.

Bildirib ki, insanlar, ölkələr və icmalar arasında səmərəli dialoqun qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin Qlobal Pakta qoşulması bunun bariz göstəricisidir. Xidmət rəisi qeyd edib ki, Şəbəkənin ölkəmizdə qurulması ilə bağlı gözləntilər çoxdur və bu platforma yeni bilik, bacarıqlar, təcrübələr və digər faydaları əldə etməklə yanaşı, miqrasiya ilə bağlı məlumat, statistika və Azərbaycanın mövcud ən yaxşı təcrübələrinin digər dövlətlərlə bölüşülməsində əlverişli vasitə olacaq.

Qeyd olunub ki, dünyanın COVID-19-la mübarizədə əməkdaşlığa, həmrəyliyə əvvəlkindən daha da çox ehtiyac duyulduğu dövrdə bugünkü görüş xüsusi əhəmiyyətə malikdir. Vüsal Hüseynov pandemiya dövründə DMX-nin fəaliyyətinin əsas məqamları barədə də məlumat verərək, bu istiqamətdə müxtəlif həll yolları vasitəsilə işlərin səmərəli və operativ təşkil olunduğunu vurğulayıb. Yaranmış çətin vəziyyətdə Şəbəkənin fəaliyyətinin bütün istiqamətlər üzrə beynəlxalq miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmli olduğunu qeyd edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai, BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev yaradılan Şəbəkənin miqrasiya idarəçiliyi və əməkdaşlıq üçün əhəmiyyətini qeyd edərək DMX tərəfindən Azərbaycanda əhalinin həssas qrupuna daxil olan miqrantların, həmçinin qaçqınların pandemiya dövründə yaranmış problemlərinin həllində çevik və səmərəli tədbirlərin təşkilini, yardım kampaniyaları təşkil edən beynəlxalq təşkilatların çağırışına verilən dəstəyi vurğulayıblar.

Miqrasiya üzrə Şəbəkənin Cenevrədə yerləşən Qərargahının nümayəndəsi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası istiqamətində Azərbaycanla səmərəli əməkdaşlığın mövcud olduğunu, eləcə də BMT Baş katibinin Xüsusi Nümayəndəsinin qeyd olunan sənədin icrası ilə bağlı hesabatına Dövlət Miqrasiya Xidməti tərəfindən verilən töhfələrə görə minnətdarlıq edib.

Daha sonra tədbir iştirakçıları tərəfindən BMT Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasına dair texniki və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, BMT Miqrasiya Şəbəkəsi 2018-ci ilin may ayında qəbul olunmuş “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədinin icrasına dair ölkələrə effektiv, koordinasiyalı və sistemli şəkildə dəstək verilməsi üçün yaradılıb. BMT Baş katibinin bu təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri Azərbaycan olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66