Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 16:05 (GMT +4)

Bakı, 16 iyul, SalamNews. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımovun iştirakı ilə təşkil olunmuş ənənəvi aylıq Online Round Table çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarların DGK ilə əməkdaşlığına dair sual və təkliflər müzakirə olunub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Bu barədə SalamNews-a Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Üç saatdan çox davam edən Online Round Table iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov gömrük orqanları ilə "Caspian European Club" arasındakı səmərəli əməkdaşlıqdan bəhs edib, qarşılıqlı işgüzar münasibətlərin beynəlxalq ticarətin inkişafında da mühüm rol oynadığını vurğulayıb.

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq xarici ticarət əməliyyatlarının davamlılığının təmin edilməsi məqsədilə ölkəmizin gömrük orqanlarının bütün zəruri addımları atdığını diqqətə çatdıran Komitə sədrinin müavini, mal və nəqliyyat vasitələrinin asan və sürətli şəkildə təyinat gömrük orqanına çatdırılması ilə yanaşı, koronavirusla mübarizə çərçivəsində təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirildiyini bildirib.

Cavad Qasımov onu da vurğulayıb ki, gömrük orqanları xarici ticarət iştirakçılarını daim dəstəkləyir və son illər gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər və innovativ layihələr daha əlverişli biznes mühitinə, gömrük əməliyyatlarının sadə və sürətli şəkildə həyata keçirilməsinə, eləcə də şəffaflığın təmin olunmasına şərait yaradıb. Bu da biznesin inkişafı üçün mühüm amillərdir.

Cavad Qasımov Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq və səmimi dialoqa görə Cavad Qasımova minnətdarlığını bildirib, eyni zamanda Caspian European Club və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında birgə ictimai nəzarət şurasının yaradılması təklifinə görə təşəkkür edib.

Görüşdə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarəti və ticarətin asanlaşdırılması baş idarəsinin rəisi Səməd Qaralov və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı Baş Gömrük İdarəsində KOB dostu Sahib Nəcəfov iştirak ediblər.

Online Round Table Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün Caspian European Club tərəfindən yaradılıb.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda təsis olunub. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma rolunu oynayan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66