Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik16 İyul 2020, 14:18 (GMT +4) Bakı, 16 iyul, SalamNews. Rusiya Ermənistanla Azərbaycan arasındakı mövcud gərginliyi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edəcək.
SalamNews xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "TASS"ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində açıqlayıb.
"Əminliklə söyləyə bilərəm ki, əlimizdən gələn hər şeyi edəcəyik və Rusiya diplomatiyasının, xalq diplomatiyasının ən yaxşı keyfiyyətlərini nəinki sərhəddəki münaqişənin nizamlanması, ümumilikdə bizə qardaş və yaxın ölkələr, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin yaxşılaşması üçün səfərbər edəcəyik. Rusiyanın belə imkanları var, biz onlardan dəfələrlə istifadə etmişik", o deyib.
|