Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:15 (GMT +4)

Bakı, 16 iyul, SalamNews. Operativ məlumatlara əsasən, cari ilin birinci altı ayında dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz digər xarici şokların, - mən, ilk növbədə, istehlak tələbinin azalması və onun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsini nəzərdə tuturam, - cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib.

Bundan başqa, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb.

Nazir bildirib ki, hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib.

Belə ki, altı ay ərzində maliyyələşdirilmiş 11 milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5 faiz olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8 faiz və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib.

S. Şərifov qeyd edib ki, dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 milyon manat təşkil edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66