Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev: Mən Xarici İşlər nazirini tapa bilmədim (VİDEO)

15 İyul 2020, 22:17 (GMT +4)

Bakı, 15 iyul, SalamNews"Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de".

SalamNews xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident İlham Əliyev bildirib ki, həmin müddətdə Xarici İşlər naziri ilə əlaqə saxlamaq mümkün olmayıb:

Prezident İlham Əliyev: Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De.

Baş Nazir Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.

Prezident İlham Əliyev: Necə, evdən işləyirəm?

Baş Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.

Prezident İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Avqust 2020, 09:52 (GMT +4)
CNN: ABŞ COVID-19 peyvəndi hazırlamaq üçün Rusiyanın yardımından imtina edir

14 Avqust 2020, 09:40 (GMT +4)
DİM: Bu gün növbəti qəbul imtahanları keçiriləcək

14 Avqust 2020, 09:32 (GMT +4)
İran ABŞ tərəfindən dörd neft tankerinin saxlanılmasını təkzib edib

14 Avqust 2020, 09:15 (GMT +4)
Bu gündən müəllimlərin işə qəbulu başlayır

14 Avqust 2020, 09:10 (GMT +4)
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

14 Avqust 2020, 09:08 (GMT +4)
İsrail və Birləşmiş Ərəb Əmirliyi diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

14 Avqust 2020, 09:06 (GMT +4)
Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66