Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da yaz semestrinin imtahan sessiyası yekunlaşıb

15 İyul 2020, 16:55 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. COVID-19 pandemiyası səbəbilə bütün dünyada, eləcə də ölkəmizdə təhsildə, tədrisin təşkilində kəskin yeniliklər baş verdi. İnnovasiyaların dinamik surəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı qətiyyətli addımlar atmağa vadar etdi.

SalamNews xəbər verir ki, Azərbaycan təhsili tarixində ilk dəfə baş tutan onlayn təlim-tədris prosesi və imtahan sessiyasının reallaşmasına Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim kollektivi, texniki heyəti, hətta tələbələri də böyük təəsübkeşlik hissi ilə öz töhfəsini verdi. Nəticədə tədrisin məsafədən - onlayn təşkilinin önəmli cəhətləri, müasir təlim texnologiyaları, tələbələrdə onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi kimi yeni təcrübələr qazanılmış oldu.

BDU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatdı. İmtahan həyəcanı, yuxusuz gecələr artıq geridə qaldı.

 BDU-da bakalavriat səviyyəsinin I-III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiya müddətində onlayn qaydada şifahi formada imtahan verdilər.
 Yaz semestrinin imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi ilə bağlı universitet rəhbərliyi tələbələrin xeyrinə qaydalar müəyyənləşdirdi. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları azaldılaraq sadələşdirildi, tələbələrin imtahana giriş balı 50 (əlli) bal müəyyən edildi.
 Əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq imtahan prosesi ikinövbəli formada təşkil olundu.
 Akademik heyət tərəfindən “Microsoft Teams” platformas üzərindən keçirilən onlayn dərslər və BDU-nun Youtube kanalı vasitəsilə təqdim olunan videodərslər də tələbələrimizin müvafiq fənlər üzrə zəruri bilikləri əldə etməklə imtahanları uğurla verməsinə zəmin yaratdı.
 Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin onlayn platformadan düzgün istifadə etməsinə kömək məqsədilə məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi.
 Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahan verdi.
 Magistratura səviyyəsində I kursda 238 ixtisaslaşmada 759 magistrant 962 fənn üzrə keçirilən imtahanlarda iştirak etdi. II kursda təhsil alan 783 magistrant isə magistrlik dissertasiya işini müdafiə edərək məzun oldu. Bunlardan 469 nəfəri fərqlənmə diplomu ilə bitirdi.
 BDU-nun Qazax filialında isə imtahanlarda 1223 nəfər tələbə iştirak edib. Sessiya ərzində filialda ümumi olaraq 333 imtahan keçirildi.
 4340 tələbə ÜOMG-yə uyğun qiymətləndirilib, 508 nəfər tələbə buraxılış işini müdafiə edib.
 Şifahi formada keçirilən bütün imtahan nəticələri tələbələrə imtahanın gedişində bildirildi.
 Bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi də onlayn formatda baş tutdu.
 Bakalavriat səviyyətində Yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş 487 tələbə onlayn rejimdə buraxılış işinin müdafiə etdi.
 İmtahanlar “Microsoft Teems” platforması üzərindən təşkil edildi, videoyazı formasında arxivdə saxlanıldı.
 Tələbəyönümlü qərarların nəticəsi olaraq yaradılan BDU Tələbə Nəzarət Qrupu sayəsində fəal tələbələr birlikdə səmərəli fəaliyyət göstərdi. Nəticədə imtahanların gedişi və təhsilalanların imtahan prosesində iştirakına nəzarətin həyata keçirilməsinə əlverişli zəmin yarandı. Tələbə Nəzarət Qrupu imtahan prosesinə tələbələrin daha aktiv qoşulmasına müsbət təsir göstərməklə yanaşı Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarını öz ətrafında birləşdirdi.
 Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edildi, imtahanların gedişi Universitetin rektoru, prorektorlar, dekanlar, kafedra müdirləri, Tələbə Nəzarət Qrupu tərəfindən izləndi.
 BDU-nun Psixoloji Yardım Sektoru onlayn imtahan sessiyası dövründə ehtiyacı olan tələbələrə psixoloji dəstək göstərərk, mütəxəssis məsləhətləri verdi.
 Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apellyasiya Komissiyası virtual fəaliyyət göstərdi. Sessiya müddətində Qəaragahın qaynar xəttinə 70-dən çox müracirət daxil oldu. Onların əksəriyyəti obyektiv və tələbələrin xeyrinə həll edildi.

Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə və professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Avqust 2020, 09:10 (GMT +4)
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

14 Avqust 2020, 09:08 (GMT +4)
İsrail və Birləşmiş Ərəb Əmirliyi diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

14 Avqust 2020, 09:06 (GMT +4)
Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66