Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənilərin Qazaxda dinc sakinlərə atəş açmaqla maddi zərər vurması ilə bağlı cinayət işi başlanıb

15 İyul 2020, 17:10 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. Baş Prokurorluq Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribat nəticəsində Qazax rayonunda dinc sakinləri atəşə tutması barədə məlumat yayıb.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumatda bildirilir ki, 2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Belə ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

19 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 16:45 (GMT +4)
Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb

19 İyun 2021, 16:40 (GMT +4)
Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

19 İyun 2021, 16:31 (GMT +4)
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

19 İyun 2021, 16:27 (GMT +4)
Putin İran seçkilərinin qalibi İbrahim Rəisini təbrik edib

19 İyun 2021, 16:21 (GMT +4)
Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır"

19 İyun 2021, 16:16 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

19 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

19 İyun 2021, 16:00 (GMT +4)
Yeni Zelandiyada tornado nəticəsində bir nəfər ölüb

19 İyun 2021, 15:45 (GMT +4)
NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

19 İyun 2021, 15:32 (GMT +4)
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 İyun 2021, 15:30 (GMT +4)
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:17 (GMT +4)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

19 İyun 2021, 15:05 (GMT +4)
Peruda avtobus dərəyə aşıb, ölənlər var

19 İyun 2021, 14:50 (GMT +4)
Şirvanda tanışını qətlə yetirən şəxs tutulub

19 İyun 2021, 14:38 (GMT +4)
Bu gün "Qalatasaray"ın yeni prezidenti seçilir

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66