Tramp Avropanı ABŞ-dan bəhrələnməyə çalışmaqda ittiham edib 15 İyul 2020, 17:15 (GMT +4) Bakı, 15 iyul, SalamNews. Avropa Birliyi ABŞ-dan faydalanmaq üçün yaradılıb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bunu Amerika prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, ABŞ "heç vaxt onlara yaxşı davranmayan" Avropa da daxil olmaqla dünyanın bir çox ölkəsi ilə iqtisadi rəqabət içindədir.
"AB ABŞ-dan faydalanmaq üçün yaradılıb. Mən bunu bilirəm, onlar bilir ki mən bunu bilirəm, amma digər prezidentlərin bu barədə heç bir fikri yoxdur", prezident deyib.
|