NATO: Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri narahatlıqla izləyirik15 İyul 2020, 14:41 (GMT +4) Bakı, 15 iyul, SalamNews. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirib.
SalamNews -un məlumatına görə, o bildirib ki, tərəflər vəziyyətin daha da kəskinləşməməsi üçün bütün müvafiq tədbirləri görməlidir.
“Biz Ermənistan və Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və nəticədə insanların öldürülməsi hadisələrini narahatlıqla izləyirik.
Minsk Qrupu həmsədrlərinin müraciətlərini təkrarlayırıq, tərəflər vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir", Appaturay "Facebook" səhifəsində yazıb.
|