Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

15 İyul 2020, 14:42 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SalamNews-a verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin birinci yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcunun həcmi 7 mlrd. 721 mln. ABŞ dollarına çatıb: “Hansı ki, bu göstəricinin 5 mlrd. 984 mln. ABŞ dolları həcmində hissəsi xarici borcun payına düşüb. Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80%-i xarici valyutadadır və bu istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası həmin ölkənin maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-nin 42% civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-dək artmıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2%-ə çatacağını proqnozlaşdırıb. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6% artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5%, xarici borc isə 4,6% artım göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200%-dən çox olacağını göstərir. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə defisiti ilə bağlı məsələni daha da kəskinləşdirəcək və BVF-nin ekspertlərinin hesablamalarına əsasən büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5%, ümumi borcun ÜDM-də çəkisi isə 60%-dən yüksək olacaq. Göründüyü kimi hər iki mötəbər qurum Ermənistanın maliyyə asılılığının hələ də yüksək olaraq qalacağını qeyd edir. Bu ölkənin mərkəzi hökumətinin borclarının 79%-i xarici valyutadadır. Atılması planlaşdırılan bütün fiskal tədbirlərə rəğmən Beynəlxalq Valyuta Fondu bu göstəricinin 2025-ci ilədək 73%-dən yüksək olacağını proqnozlaşdırır. Əlbəttə ki, bu da ölkə iqtisadiyyatını valyuta riskinə qarşı uzun müddət volatil və qeyri-stabil vəziyyətdə saxlayacaqdır. Bu ölkənin hazırki addımları, eyni zamanda pandemiyanın əks təsirlərini aradan qaldırmaq üçün borclanmaya getməsi ölkədə iqtisadi və maliyyə təhlükəsizliyinin daha da kəskinləşəcəyini göstərir. Belə ki, 2015-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin yekunlarına əsasən bu ölkənin xaricdən cəlb etdiyi kreditlərin miqdarı 2 dəfə artıb".

V. QAsımlı deyib ki, eyni zamanda Ermənistanın xaricdən cəlb etdiyi kreditlərin həcmi 4 mlrd. 539 mln. ABŞ dollarına çatıb ki, bu da ölkənin ÜDM-nin 33% civarındadır: "Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Yaponiyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzakar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaq. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyildir. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4%-ni təşkil edib və bu rəsmi göstəricilərə əsaslanan statistikadır. Hansı ki, bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür və statistikası açıqlanmış cəmi 25 ölkədən “yaxşı” vəziyyətdədir. Bu isə məlum ölkənin iqtisadi təhlükəsizliyinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Bu ölkə rəsmilərinin açıqlamalarında da xaricdən maliyyə transferlərinin ölkənin iqtisadiyyatındakı payının açıqlanan rəsmi statistikadan çox daha böyük olduğu qeyd olunmuşdur və müxtəlif ekspertlərin hesablamaları bu rəqəmin 25 ətrafında olduğunu göstərir.

Qeyd edək ki, Dünya Bankı 2020-ci il 22 aprel tarixli bəyanatında dünyada qlobal pul köçürmələrinin (yardımlar) cari il ərzində 20% aşağı düşəcəyini və bunun son illərin ən kəskin aşağı düşməsi olacağını açıqlamışdı. Həmçinin, bu enmə zəncirinin ən kəskin aşağı düşməsi Avropa və Mərkəzi Asiya regionunda (27,5%) olacaq ki, bu da Ermənistana ən yüksək pul köçürmələrinin baş verdiyi regionlardan gəlirlərin kəskin azalması deməkdir. Bir məqamı da qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət pandemiyadan öncə də gərgin idi. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2019-cu ildə ötən illə müqayisədə bu ölkəyə investisiyaların ÜDM-ə nisbəti göstəricisi 5%, yığım əmsalı isə 2% azalıb. Beynəlxalq Valyuta Fondunun missiyası 2020-ci ilin sonunadək cari hesabın defisitinin ÜDM-də xüsusi çəkisinin 8,6 %-dək artacağını, həmçinin maliyyə hesabının kəskin azalacağını proqnozlaşdırıb ki, bunun da əsas səbəbləri kimi qeyri-rezidentlərin depozitlərinin geri çəkilməsi hesabına xarici özəl sərmaye axınlarının kəskin azalacağı və ölkəyə xaricdən gələn yardımların (xüsusilə də Rusiyadan) kəskin aşağı enəcəyi göstərilir. Təkcə mart ayında erməni dramı 5% dəyər itirib. Nəzərə alsaq ki, aprel ayında bəri Rusiyanın Qazprom şirkəti ilə təbii qazın qiyməti ilə bağlı yaşanan problemlər, bu ölkənin təbii enerji asılılığında olması, iqtisadi problemləri pandemiyanın neqativ təsirlərini azaltmaq məqsədilə maliyyə resurslarını cəlb etmək imkanlarını da məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondu tərəfindən bu ölkəyə net birbaşa xarici investisiyaların isə 2020-ci ilin sonunadək 161 mln. ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bu ölkənin ümumi beynəlxalq rezervlərinin də ilin sonuna doğru azalacağı və 2,9 mlrd. ABŞ dollarından 2,2 mlrd. ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin əsas sosial-iqtisadi drayverlərinin hazırki dövrdə getdikcə daha kəskin şəkildə hərəkətə gəldiyini və bu ölkə üçün yeni neqativ siyasi nəticələri olacağını göstərirlər. Maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Yanvar 2021, 18:00 (GMT +4)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

15 Yanvar 2021, 17:48 (GMT +4)
"Pfizer" Avropaya peyvənd tədarükünü müvəqqəti olaraq azaldır

15 Yanvar 2021, 17:45 (GMT +4)
Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub

15 Yanvar 2021, 17:30 (GMT +4)
Azərbaycanda son sutkada 494 nəfər COVID-19-dan sağalıb, 12 nəfər vəfat edib

15 Yanvar 2021, 17:15 (GMT +4)
MN Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

15 Yanvar 2021, 17:08 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla üçtərəfli görüşün nəticələrini müzakirə edib

15 Yanvar 2021, 17:02 (GMT +4)
Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

15 Yanvar 2021, 17:00 (GMT +4)
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

15 Yanvar 2021, 16:52 (GMT +4)
Rusiya Açıq Səma Müqaviləsindən çıxır

15 Yanvar 2021, 16:45 (GMT +4)
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

15 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

15 Yanvar 2021, 16:24 (GMT +4)
"Moderna" rəhbəri: SARS-CoV-2 heç bir yerə yox olmayacaq

15 Yanvar 2021, 16:15 (GMT +4)
Avstriyadan gətirilən istifadəyə yararsız 100 kq qida qatqısı məhv edilib

15 Yanvar 2021, 16:00 (GMT +4)
Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

15 Yanvar 2021, 15:54 (GMT +4)
Çin iki ÜST ekspertini ölkəyə buraxmayıb

15 Yanvar 2021, 15:53 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəməndən ölkənin cənubuna daxil olan üç PUA-nı vurduğunu bildirib

15 Yanvar 2021, 15:45 (GMT +4)
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq

15 Yanvar 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

15 Yanvar 2021, 15:20 (GMT +4)
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq

15 Yanvar 2021, 15:18 (GMT +4)
Brüsseldə Türkiyə və Yunanıstan hərbi heyətləri arasında danışıqlar yenidən başlayacaq

15 Yanvar 2021, 15:15 (GMT +4)
Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

15 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

15 Yanvar 2021, 14:55 (GMT +4)
Zaxarova: Rusiya Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyərdi

15 Yanvar 2021, 14:50 (GMT +4)
Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

15 Yanvar 2021, 14:40 (GMT +4)
İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

15 Yanvar 2021, 14:30 (GMT +4)
Ali Baş Komandan: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm

15 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

15 Yanvar 2021, 14:13 (GMT +4)
Pentaqon "Xiaomi" də daxil olmaqla Çinin daha doqquz şirkətini qara siyahıya salıb

15 Yanvar 2021, 14:00 (GMT +4)
Ceyhun Bayramov ISESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb

15 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiyada COVID-19 səbəbiylə ölənlərin sayı 64 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66