İraqın yeni baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir15 İyul 2020, 09:58 (GMT +4) Bakı, 15 iyul, SalamNews, B.Samid. İraqın yeni baş naziri Mustafa əl-Kazimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
SalamNews bu barədə Səudiyyə Ərəbistanın əl-Hədas telekanalına istinadla xəbər verir.
Telekanal bildirib ki, cari həftənin sonu İraqın baş naziri Mustafa əl-Kazimi ər-Riyada rəsmi səfərə yollanacaq.
Mənbə bu səfərin gündəmi və mövzusu haqda məlumat verməyib.
Bildirilib ki, əl-Kazimi İrana, Avropa və Amerikaya da səfər etməyi planlaşdırır.
|