Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14 İyul 2020, 17:10 (GMT +4)

Bakı, 14 iyul, SalamNews. 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

SalamNews-un məlumatına görə, bu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.

Məlumatda bildirilir: "Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.

Ermənistan tərəfi bundan öncə də Azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.

Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

10 Avqust 2020, 11:47 (GMT +4)
Tovuzun Ağdam kəndində səyyar ASAN tibbi müayinə təşkil olunub (FOTOLAR)

10 Avqust 2020, 11:30 (GMT +4)
Son bir həftədə COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur

10 Avqust 2020, 11:16 (GMT +4)
Gələn həftə məhərrəm ayı başlayır

10 Avqust 2020, 11:00 (GMT +4)
Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

10 Avqust 2020, 10:52 (GMT +4)
İsrail Livanın su və hava məkanını pozub

10 Avqust 2020, 10:45 (GMT +4)
BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

10 Avqust 2020, 10:31 (GMT +4)
Ağsuda zəlzələ olub

10 Avqust 2020, 10:17 (GMT +4)
Beyrutda etiraz və iğtişaşlar iki gündür davam edir, bir ölü yüzlərlə xəsarət alan var (VİDEO)

10 Avqust 2020, 10:15 (GMT +4)
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

10 Avqust 2020, 10:00 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

10 Avqust 2020, 09:50 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu gündən 3 ay müddətinə dayandırılıb

10 Avqust 2020, 09:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66