Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda indiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

15 İyul 2020, 10:55 (GMT +4)

Bakı, 15 iyul, SalamNews. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16 min 133 sahibkarlıq subyektinin 6778-də və ya 42 faizində nöqsanlar aşkar olunub.

Monitorinqlərdə nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

İyulun 4-dən başlayaraq isə nəzarət tədbirləri daha da gücləndirilib, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi hallarının pozulması ilə bağlı yoxlama-nəzarət tədbirlərinə, nöqsan aşkar edilən obyektlər barədə qanunvericiliyə uyğun inzibati tədbirlərin görülməsi üçün protokolların tərtib olunmasına başlanıb. İndiyədək 4322 belə yoxlama keçirilib, bu obyektlərin 799-da və ya 18,5 faizində epidemiya əleyhinə rejimin, sanitar-gigiyena tələblərinin pozulduğu müəyyən olunub və bu vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib.

Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9 faizində, digər şəhər və rayonlar üzrə isə 15,8 faizində nöqsanlar aşkar olunub.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır.

Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
Prezident İlham Əliyev Alekdsandr Lukaşenkonu prezident seçilməsi münasibətilə təbrik edib

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

10 Avqust 2020, 11:47 (GMT +4)
Tovuzun Ağdam kəndində səyyar ASAN tibbi müayinə təşkil olunub (FOTOLAR)

10 Avqust 2020, 11:30 (GMT +4)
Son bir həftədə COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur

10 Avqust 2020, 11:16 (GMT +4)
Gələn həftə məhərrəm ayı başlayır

10 Avqust 2020, 11:00 (GMT +4)
Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

10 Avqust 2020, 10:52 (GMT +4)
İsrail Livanın su və hava məkanını pozub

10 Avqust 2020, 10:45 (GMT +4)
BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

10 Avqust 2020, 10:31 (GMT +4)
Ağsuda zəlzələ olub

10 Avqust 2020, 10:17 (GMT +4)
Beyrutda etiraz və iğtişaşlar iki gündür davam edir, bir ölü yüzlərlə xəsarət alan var (VİDEO)

10 Avqust 2020, 10:15 (GMT +4)
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

10 Avqust 2020, 10:00 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

10 Avqust 2020, 09:50 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu gündən 3 ay müddətinə dayandırılıb

10 Avqust 2020, 09:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

10 Avqust 2020, 09:36 (GMT +4)
İran koronavirus pandemiyası fonunda məhərrəmlik əzadarlığının qaydalarını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66