Səudiyyə və İraq illərdir bağlı qalan yeganə sərhəd keçidini açmağı planlaşdırırlar14 İyul 2020, 09:47 (GMT +4) Bakı, 14 iyul, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı və İraq əl-Ərar sərhəd keçidini açmağı planlaşdırırlar.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq-Səudiyyə Koordinasiya Şurasının sədri Əli Əbdül-Əmir Əllavi deyib.
Bildirilib ki, Koordinasiya Şurasının 10-cu toplantısında bir sıra məsələləri o cümlədən əl-Ərar sərhəd gömrük keçidinin açılması məsələsini müzakirə ediblər və yaxın zamanlarda onun açılması gözlənilir.
Qeyd edək ki, iki ölkənin rəsmi qurumları ötən il sərhəd keçidini sınaq üçün bir neçə günlüyə açmışdılar. Lakin keçidin açılışı rəsmən ötən il vəd edilsə də Səudiyyə tərəfi bunu, İraqda yeni hökumətin iş başına gəlməsilə əlaqələndirmiş və onu təxirə salmışdı.
|