AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb15 İyul 2020, 10:26 (GMT +4) Bakı, 15 iyul, SalamNews. AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
SalamNews xəbər verir ki, texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın kütləvi futbol departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
AFFA rəhbərliyi B.Lippertə gələcək karyerasında uğurlar arzulayıb.
|