Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:45 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. “Paşinyan hakimiyyəti öz diktatura rejimini xalqın artmaqda olan qəzəbindən sığortalamaq üçün Azərbaycanla sərhəddə təxribat törətdi. Biz Ermənistan hakimiyyətinə xas olan xaincəsinə hücumun şahidi olduq. Sevindirici haldır ki, Azərbaycanın Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin layiqli cavabını verdi”.

SalamNews xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, rəşadətli ordumuz, qəhrəman hərbçilərimiz Ermənistan tərəfinə böyük zərbələr vurdu və işğalçılar böyük itikilərə məruz qaldılar: “Düşünürəm ki, ermənilər belə bir təxribatı törətmələrindən ən azı peşiman olmağa məcbur olublar. Çünki şəhidlərimizin qanı yerdə qalmayıb, erməni təxribatına sarsıdıcı zərbə vurulub”.

Baş Nazirin müavini qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini, ölkəmizin nüfuzunun artmasını, ayrı-ayrı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etməsini həzm edə bilmir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assamleyasının xüsusi sessiyasının çağırılması haqqında qərarın qəbul olunması da Azərbaycanın beynəlxalq aləm üçün nə qədər əhəmiyyətli ölkə olmasından xəbər verir. Ermənistan isə bunun əvəzini sərhəddə təxribat törətməklə və bunun günahını Azərbaycanın üzərinə atmaqla ölkəmizin dünya birliyində mövqeyini zəiflətməyə çalışır. Amma bütün bunlar xülyadır.

Azərbaycanın istənilən təxtibatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə malik olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistanın təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib.

“Bu, beynəlxalq birliyə, o cümlədən ATƏT-in Minsk Qrupuna bir mesajdır ki, Azərbaycan heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, torpaqlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək. Azərbaycan cəmiyyətinin və hakimiyyətinin Minsk Qrupunun fəaliyyəti ilə bağlı narahatçılığı dəfələrlə ifadə edilib. Münaqişənin indiyə kimi həll olumaması ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin aydın ifadəsidir. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyonun insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk Qrupu təcavüzkarın adını indiyə kimi çəkməyib. Təcavüzün olduğu halda, təcavüzkarın adını çəkmədən bu təcavüzün aradan qaldırılması mümkün deyil. Ona görə də, ATƏT-in Minsk Qrupu aydın şəkildə öz mövqeyini ortaya qoymalıdır”-deyə, YAP Sədrinin müavini vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Avqust 2020, 23:18 (GMT +4)
Bu gün İslam dünyasında Qədir-Xum bayramı günüdür

07 Avqust 2020, 20:48 (GMT +4)
Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

07 Avqust 2020, 18:01 (GMT +4)
Nazir: Birdəfəlik ödəmə alan 13 min insana 190 manat verilməsi dayandırılıb

07 Avqust 2020, 17:54 (GMT +4)
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb

07 Avqust 2020, 17:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

07 Avqust 2020, 17:21 (GMT +4)
Mübariz Qurbanlı: Pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib

07 Avqust 2020, 17:19 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 150-ni keçib

07 Avqust 2020, 17:02 (GMT +4)
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılışı olub

07 Avqust 2020, 16:47 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

07 Avqust 2020, 16:43 (GMT +4)
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib 

07 Avqust 2020, 16:41 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb 

07 Avqust 2020, 16:34 (GMT +4)
Füzuli rayonunda top mərmisi aşkarlanıb

07 Avqust 2020, 16:09 (GMT +4)
Livan prezidenti Beyrut partlayışının hücum olmasını istisna etməyib

07 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66