Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:41 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. İyulun 12-də saat 17 radələrində Gədəbəy rayonunun Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə prokurorluğa məlumat daxil olub.

Gədəbəy Rayon Prokurorluğunun SalamNews-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Arzu İsgəndərov Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Avqust 2020, 23:18 (GMT +4)
Bu gün İslam dünyasında Qədir-Xum bayramı günüdür

07 Avqust 2020, 20:48 (GMT +4)
Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

07 Avqust 2020, 18:01 (GMT +4)
Nazir: Birdəfəlik ödəmə alan 13 min insana 190 manat verilməsi dayandırılıb

07 Avqust 2020, 17:54 (GMT +4)
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb

07 Avqust 2020, 17:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

07 Avqust 2020, 17:21 (GMT +4)
Mübariz Qurbanlı: Pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib

07 Avqust 2020, 17:19 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 150-ni keçib

07 Avqust 2020, 17:02 (GMT +4)
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılışı olub

07 Avqust 2020, 16:47 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

07 Avqust 2020, 16:43 (GMT +4)
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib 

07 Avqust 2020, 16:41 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb 

07 Avqust 2020, 16:34 (GMT +4)
Füzuli rayonunda top mərmisi aşkarlanıb

07 Avqust 2020, 16:09 (GMT +4)
Livan prezidenti Beyrut partlayışının hücum olmasını istisna etməyib

07 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycan İnvestisiya Holdinqi yaradılır

07 Avqust 2020, 15:35 (GMT +4)
Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust 2020, 15:21 (GMT +4)
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir

07 Avqust 2020, 15:04 (GMT +4)
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

07 Avqust 2020, 15:00 (GMT +4)
İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

07 Avqust 2020, 14:48 (GMT +4)
MİDA: Güzəştli mənzillərin növbəti satışı keçiriləcək

07 Avqust 2020, 14:32 (GMT +4)
“Birlikdəyik” layihəsi davam edir

07 Avqust 2020, 14:26 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

07 Avqust 2020, 14:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

07 Avqust 2020, 13:46 (GMT +4)
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub

07 Avqust 2020, 13:41 (GMT +4)
Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Avqust 2020, 13:41 (GMT +4)
Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

07 Avqust 2020, 13:20 (GMT +4)
Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

07 Avqust 2020, 13:06 (GMT +4)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO)

07 Avqust 2020, 12:44 (GMT +4)
Taliban üç gün ərzində danışıqlar masasına oturmağa hazırdır – Əfqanıstan prezidenti

07 Avqust 2020, 12:35 (GMT +4)
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

07 Avqust 2020, 12:23 (GMT +4)
Nazirlik rəsmisi Xəzərlə bağlı vətəndaşlara həyəcanlı çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66