Suriyada Hmeymim bazasına hücumun qarşısı alınıb13 İyul 2020, 11:20 (GMT +4) Bakı, 13 iyul, SalamNews, B.Samid. Rusiyanın Müdafiə Nazirliyi radikal qruplaşmaların Hmeymim bazasına hücumunun qarşısının alındığını bildirib.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə tabe olan Suriyadakı Sülh Mərkəzinin komandanı Aleksanr Şerbitski açıqlama verib.
Bildirilib ki, Mərkəzdə olan havadan müdafiə sistemləri radikal qruplaşmaların bazaya hücumunun qarşısını alıblar.
Qeyd edilib ki, cari ayın 11-də həyata keçirilən bu hücumda istifadə edilən iki PUA bazanın 5 km-də məhv edilib.
Əlavə edilib ki, PUA-ların start götürdüyü ərazilər Laziqiya əyalətinin şimalı və İdlib ərazisidir.
Bu hücumda kimsənin xəsarət almadığı və maddi ziyanların da dəymədiyi qeyd edilib.
|