İsraildə etiraz aksiyalarından sonra Netanyahu yardımların edilməsi vədini verib (VİDEO)
13 İyul 2020, 09:33 (GMT +4)
Bakı, 13 iyul, SalamNews, B.Samid. İsrail baş naziri Benyamin Netanyahu koronavirus pandemiyası ilə bağlı yardımların veriləcəyini bildirib.
SalamNews xəbər verir ki, şənbə və bazar günləri İsrailin müxtəlif bölgələri xüsusilədə Təl-Əvivin Rabin meydanında hökumətin koronavirusla bağlı siyasətinə etiraz əlaməti olaraq keçirilən izdihamlı etirazlardan sonra baş nazir Benyamin Netanyahu pandemiyadan zərərçəkənlərə yardımların və subsidiyaların veriləcəyini bildirib.
Qeyd edək ki, son iki günkü aksiyalarda azı 19 etirazçının saxlanıldığı deyilir.
Baş nazir Benyamin Netanyahu sahibkarlara 2,100 ABŞ dolları dəyərində yardımın verilməsini vəd etmişdi.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.