Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezidentin köməkçisi: Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib

13 İyul 2020, 09:30 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmışdır.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir və Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb:

"Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.

Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Eyni zamanda bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür" - deyə, Prezidentin köməkçisi qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Avqust 2020, 09:43 (GMT +4)
İran Fars körfəzində böyük bir xarici gəmiyə əl qoyub - ABŞ (VİDEO)

13 Avqust 2020, 09:31 (GMT +4)
Tovuzda minaatan mərmi aşkarlanıb

13 Avqust 2020, 09:20 (GMT +4)
Bu gün 20 minə yaxın abituriyent imtahan verəcək

13 Avqust 2020, 09:17 (GMT +4)
Makron Ruhani ilə Livan məsələsini müzakirə edib

13 Avqust 2020, 09:15 (GMT +4)
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edib (FOTO)

13 Avqust 2020, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

13 Avqust 2020, 09:06 (GMT +4)
Putin və Makron Belarusdakı vəziyyəti müzakirə edib

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

12 Avqust 2020, 16:56 (GMT +4)
ARPA onlayn keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir

12 Avqust 2020, 16:25 (GMT +4)
Şotlandiyada qatar relsdən çıxaraq aşıb, onlarla yaralı var

12 Avqust 2020, 16:15 (GMT +4)
İlham Zəkiyev AMADA-da komissiyanın sədri olub (FOTO)

12 Avqust 2020, 16:05 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 5 nəfər ölüb

12 Avqust 2020, 15:51 (GMT +4)
Ruhani İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı xəbərdarlıq edib

12 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

12 Avqust 2020, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub

12 Avqust 2020, 15:20 (GMT +4)
PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:00 (GMT +4)
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov işindən ayrılıb

12 Avqust 2020, 14:54 (GMT +4)
Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb

12 Avqust 2020, 14:50 (GMT +4)
AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

12 Avqust 2020, 14:30 (GMT +4)
Xızıda narkotik becərən şəxs saxlanılıb

12 Avqust 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

12 Avqust 2020, 14:01 (GMT +4)
Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66