Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib11 İyul 2020, 16:51 (GMT +4) Bakı, 11 iyul, SalamNews, B.Samid. “Ərəb Dövlətləri Liqası ərəbləri bir yerə toplamır. Liqa Suriyanın üzvlüyünü ləğv edir, 2011-ci ildə Liviyanı bombalamaq üçün razılıq qərarı verir. Liqa dövlətlərində təşkilatı islah etmək üçün siyasi iradə də yoxdur.”
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Sabri Buqadum deyib.
Əlcəzair XİN rəhbəri Liviya münaqişəsilə bağlı son açıqlamasında Ərəb Dövlətləri Liqasını tənqid edib və bildirib ki, bu siyasi təşkilat özünü islah etmək istəmir.
O həmçinin bildirib ki, Ərəb Dövlətləri Liqası Suriyanı üzvlükdən çıxaran və Liviyanı bombalamaq qərarına razılıq verən təşkilatdır.
ƏDL-nın Liviya ilə bağlı siyasətini tənqid edən Əlcəzair rəsmisi bildirib ki, bu münaqişəyə müdaxiləsi olan ölkələrdən daha çox Əlcəzair Liviyaya yaxındır.
Əlcəzair XİN rəhbəri ölkə ordusunun xaricdə humanitar yardımlara dəstək vermək səlahiyyətinin əldə edilməsi üçün ölkə konstitusiyasında da dyişikliklərin həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib.
|