Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Dayanıqlı inkişaf və gənclər: yeni imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib

11 İyul 2020, 12:50 (GMT +4)

Bakı, 11 iyul, SalamNews. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 11 iyul – Dünya Əhali Gününə həsr olunmuş “Dayanıqlı inkişaf və gənclər: yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, gənclərin dayanıqlı inkişaf məqsədlərini necə başa düşmələri və bunun onlar üçün hansı məna daşımasına dair müzakirələr aparıldığı konfransdakı çıxışlarda 2020-ci il üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) İndeksində Azərbaycanın 166 ölkə arasında 54-cü yeri tutaraq Cənubi Qafqaz regionunda lider olduğu və MDB-nin bir ölkələrini geridə qoyduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya üçün ümumilikdə 17 məqsəd, 169 hədəf və 244 göstəricidən Azərbaycan üçün 17 məqsəd, 88 hədəf, 119 göstərici seçilib. Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilə qədər müəyyən edildiyinə görə, onların reallaşdırılması istiqamətində əldə edilmiş nəticələrdən və nailiyyətlərdən məhz bu günün gəncləri faydalanacaq. Buna görə də gənclərin DİM-lər, eləcə də bu məqsədlərin reallaşmasına necə yardım edə biləcəkləri, eləcə də ideyalarının və səslərinin beynəlxalq miqyasda necə eşidilə biləcəyi barədə məlumatlandırılmaları çox vacibdir.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 8 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında layihə sənədi təsdiqlənib. Layihənin əsas fəaliyyət istiqamətləri – Azərbaycanda BMT Modelinin institutlaşdırılması və Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun təşkili olub. Layihənin üç il ərzində uğurlu icrasını nəzərə alaraq Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı layihənin davam etdirilməsi barədə razılığa gəliblər. Hazırda layihənin əsas istiqamətlərindən biri – Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, DİM-lər üzrə gənc səfirlərin seçilməsi və könüllü milli hesabatların hazırlanmasında gənclərin iştirakıdır. Məhz bu məqsədlə seçilmiş 17 gənc səfirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına, milli hesabatların hazırlanmasına töhfə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir. Həmin 17 səfir 2018-ci ildə keçirilmiş Dayanıqlı İnkişafa dair Bakı Forumunda təqdim olunub.

Konfransda məlumat verilib ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ötən ilin may-iyun aylarında respublikanın 10 şəhər və rayonunda "Dayanıqlı inkişaf məqsədləri və insan hüquqları" mövzusunda təlim kursları keçirilib. Təlim prosesində iştirakçılara 3 istiqamət - sosial, iqtisadi, ekoloji hüquqlar və DİM-lər haqqında ətraflı məlumat verilib, yeni biliklər öyrədilib. Bununla yanaşı, qeyd edilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında 2018-ci il dekabrın 13-də imzalanmış Əməkdaşlıq Memorandumu əsasında Akademiyada Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi yaradılıb. 2018-ci ilin oktyabrında keçirilən və 5 mindən çox gənci əhatə edən Azərbaycan Gənclərinin VIII Forumunun əsas mövzuları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi olub.

Qeyd edək ki, konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BMT-nin Əhali Fondunun Azərbaycandakı ofisinin rəhbəri Fərid Babayev, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini (BMTİP-nin rezident nümayəndəsinin səlahiyyətlərini müvəqqəti icra edən) Çaru Bist, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov, deputatlar Məzahir Əfəndiyev, Müşfiq Cəfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər Təşkilatları Milli Şuranın sədri Məryəm Məcidova, DİM-lər üzrə gənc səfirlər Zərifə Zülfüqarova, Samir Qədirov, Məhbubə Musayeva, Asiya Gəncləri Sülh Şəbəkəsinin rəhbəri, Asiya Gənclər Şurasının BMT nümayəndəsi Regine Guevara, Rusiya Federasiyasının DİM-8 üzrə gənc səfiri Veronika Yakovleva, Belarus Dayanıqlı İnkişaf üçün Gənclik Təşkilatının rəhbəri, Qırğızıstandan DİM üzrə gənc səfir İrina Ponedelnik və digərləri çıxış ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66