Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

11 İyul 2020, 10:24 (GMT +4)

Bakı, 11 iyul, SalamNews. ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

SalamNews xəbər verir ki, generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti- quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğuladı.

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib:

“Klinikamız üçün ayırılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir.

COVİD-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək. Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün isə belə bir yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verildi. Səhiyyəyə göstərilən böyük qayğıya yaradılan bu şəraitə və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Sonda oksigen generatorunun klinika üçün çox vacib olduğunu bir daha vurğulayan ATU rektoru, professor Gəray Gəraybəyli klinikada olan xəsələrin vəziyyəti, onların dərman təminatı, klinikanın ləvazimat təchizatı ilə maraqlanıb və klinikada yatan xəstələrə möhkəm can sağlığı, çalışan tibb işçilərinə də işlərində uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

03 Avqust 2020, 17:15 (GMT +4)
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

03 Avqust 2020, 16:58 (GMT +4)
Kolumbiyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

03 Avqust 2020, 16:50 (GMT +4)
Azərbaycanda avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər açıqlanıb

03 Avqust 2020, 16:43 (GMT +4)
Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verib

03 Avqust 2020, 16:28 (GMT +4)
Xüsusi karantin rejimi 13 şəhər və rayonda tətbiq olunacaq

03 Avqust 2020, 16:26 (GMT +4)
Əfqanıstanda həbsxanaya hücumda ölənlərin sayı 30-u keçib, doqquz İŞİD-çi məhv edilib

03 Avqust 2020, 16:24 (GMT +4)
DİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

03 Avqust 2020, 16:18 (GMT +4)
KİV: Somalinin paytaxtında partlayış baş verib

03 Avqust 2020, 15:58 (GMT +4)
Kiyevdə naməlum şəxs iş mərkəzini partlatmaqla hədələyir

03 Avqust 2020, 15:53 (GMT +4)
General Polad Həşimov haqqında kitab nəşr olunub

03 Avqust 2020, 15:32 (GMT +4)
El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66