Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

10 İyul 2020, 13:30 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. “Bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan – bu ilin fevralından aybaay azalır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SalamNews-a verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu ilin mart-may aylarında kredit portfeli 6,1% azalaraq 14,4 mlrd. manata enib: “Burada bankların lisenziyasının alınması da təsir göstərib. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb”.

Mərkəzin icraçı direktoru bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir.

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: “Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 mln. manatlıq kreditin 60%-i – 300 mln. manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50%-i həddində veriləcək”, - deyə V. Qasımlı bildirib.

V. Qasımlının sözlərinə görə, mövcud 1 mlrd. manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 mln. manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 mlrd. manat kredit portfelinə dəstəkdir: “Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10%-dən daha çoxdur. Bundan başqa pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir”, - deyə Mərkəzin icraçı direktoru əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2020, 11:30 (GMT +4)
Azərbaycan şahmatçıları Türkiyə millisinə qalib gəlib

11 Avqust 2020, 11:16 (GMT +4)
Son 18 ay ərzində “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

11 Avqust 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

11 Avqust 2020, 10:30 (GMT +4)
Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir (FOTO)

11 Avqust 2020, 10:24 (GMT +4)
ABŞ-da bir məhkəmə Səudiyyə vəliəhdini məsuliyyətə cəlb edib

11 Avqust 2020, 10:20 (GMT +4)
“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlanıb

11 Avqust 2020, 10:10 (GMT +4)
Azərbaycanda yoxlama oyunları qapalı keçiriləcək

11 Avqust 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə gedib

11 Avqust 2020, 09:45 (GMT +4)
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub (FOTO)

11 Avqust 2020, 09:36 (GMT +4)
Tramp Ağ Ev ətrafında güllə səsinə görə mətbuat konfransını tərk edib (VİDEO)

11 Avqust 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

11 Avqust 2020, 09:16 (GMT +4)
Livanın istefa verən hökumət başçısı ölkənin gələcəyilə bağlı xəbərdarlıq edib

11 Avqust 2020, 09:11 (GMT +4)
Buraxılış imtahanlarının nəticələri elan olunub

11 Avqust 2020, 09:00 (GMT +4)
Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66