Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 17:00 (GMT +4)

Bakı, 9 iyul, SalamNews. İyulun 9-da "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə təhvil verilməsi mərasimi keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a verilən məlumata görə, onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMTİP ilə ölkəmizin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən məmnunluqla söhbət açıb və əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar barədə danışan Komitə sədri tətbiq edilən yeniliklərin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib. O da vurğulanıb ki, həyata keçirilən islahatlar şəffaflığın təmin olunmasında, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasında mühüm rol oynayıb.

Daha sonra Komitə sədri BMTİP-in dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, layihə çərçivəsində sanitar, fitosanitar, baytarlıq nəzarəti sahəsində müasir nəzəri biliklərin əldə edilməsi məqsədilə gömrükçülər və digər aiddiyyəti dövlət qurumlarının əməkdaşları üçün keçirilən seminarlar bu sahədə sərhəd idarəçiliyinin daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə şərait yaradıb.

BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti Dövlət Gömrük Komitəsi ilə uzunmüddətli əməkdaşlıqdan danışıb, son illər ölkəmizdə gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirib. Bildirilib ki, iki qurum arasındakı işgüzar münasibətlər sərhədlərdə sanitar, fitosanoitar, baytarlıq nəzarətinin və bu sahədəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, müasir idarəçilik prinsiplərinin tətbiqinə mühüm töhfə verib.

Daha sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66