Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

09 İyul 2020, 13:00 (GMT +4)

Bakı, 9 iyul, SalamNews. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. Azərbaycan Tibb Universitetinin (ATU) 2 klinikası da ilk gündən bu mübarizəyə qoşulub. Bu müddət ərzində ATU-nun Tədris Cərrahiyyə klinikasının tibb personalı arasında da COVID-19-a yoluxanlar olub. İndiyədək klinikanın heyəti arasında 33 nəfər virusa yoluxub ki, onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.

Bu barədə SalamNews-a ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

O qeyd edib ki, Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. O, EKMO cihazına qoşulub. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

Ərdoğan Aya Sofiyanın statusunun dəyişdirilməsini “səhvin düzəldilməsi” adlandırıb

Türkiyə XİN Ayasofyanın yeni statusu ilə əlaqədar Aİ tənqidlərinə cavab verib

Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

DİM magistraturaya qəbulun nəticələrini açıqlayıb

Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Lavrov: Rusiya xarici diktaturaya qarşı çıxmaqda Venesuelanı dəstəkləyəcək

Azərbaycanda havanın temperaturu enəcək

Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verilib

ATU iki əməkdaşının koronavirusa yoluxması ilə bağlı iddialara münasibət bildirib

DİM: Magistraturaya ixtisaslaşma seçimin vaxtı uzadılır

TƏBİB-in İdarə Heyətinin sədri ATU Tədris Terapevtik Klinikasında olub

Umayra Tağıyeva: Yaxın iki gün ərzində havanın temperaturu yüksələcək

Bakıda havanın temperaturu daha da yüksələcək (XƏBƏRDARLIQ)

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66