Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

08 İyul 2020, 12:30 (GMT +4)

Bakı, 8 iyul, SalamNews. Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SalamNews-a verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.

Qeyd edək ki, məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər məsələyə operativ aydınlıq gətirilməsi üçün şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində müvafiq “Whatsapp” nömrələrinə (+994 55 892-27-51; +994 55 892-63-90+994; +994 55 892-95-89), eləcə də BŞTİ-nin Məlumat sorğu mərkəzinə (telefon: +994 012 599-12-22) zəng edə bilərlər. Mövcud sanitar-epidemioloji vəziyyətin tələblərini nəzərə alaraq, heç bir halda BŞTİ-yə və ya ümumi təhsil məktəblərinə yaxınlaşmağa ehtiyac yoxdur.

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66