Rusiya və Çin BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub08 İyul 2020, 11:34 (GMT +4) Bakı, 8 iyul, SalamNews. Rusiya və Çin, Suriya və Türkiyə sərhədindəki iki keçid məntəqəsi vasitəsi ilə Suriyaya humanitar yardımın çatdırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.
SalamNews -un məlumatına görə, bu barədə "RİA Novosti" səsvermənin nəticələrinə istinadən məlumat yayıb.
“Səsvermənin nəticələri belədir: 13 lehinə, 2 əleyhinə, bitərəf yoxdur. Qətnamə BMT Təhlükəsizlik Şurasının iki daimi üzvünün veto qoyması səbəbindən qəbul edilməyib", məlumatda deyilir.
|