Bloomberg: Maduro seçkilərdən əvvəl Quaydonun partiyasını ələ keçirməyə çalışır08 İyul 2020, 09:56 (GMT +4) Bakı, 8 iyul, SalamNews. Venesuela prezidenti Nikolas Maduro Xuan Quaydonun başçılıq etdiyi "Xalqın iradəsi" partiyasını ələ keçirməyə cəhd göstərir. Bu barədə "Bloomberg" məlumat yayıb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, ölkənin Ali Məhkəməsi Quaydonu kənarlaşdıraraq Xose Georgi Noreqonu partiyanın yeni rəhbəri təyin edib.
Ali Məhkəmənin qərarı Maduronun Seçki Şurasının tamamilə yeniləməsindən sonra qəbul edilib.
Maduroya sadiq olan beş üzvdən ibarət olan yeni şura məclis seçkilərinin dekabrın 6-da keçirilməsinə qərar verib.
"Xalqın İradəsi" diktaturanın planlaşdırdığı seçki saxtakarlığını təsdiqləməyəcək", partiyanın qurucusu Leopoldo Lopez deyib.
|