Kabil və Qəndəharda polisə hücum edilib, ölən və yaralananlar var08 İyul 2020, 09:54 (GMT +4) Bakı, 8 iyul, SalamNews, B.Samid. Bu gün sübh Kabil şəhəri və Qəndəhar əyaləti polis qüvvələrinin və polis idarəsinin partlayışa məruz qalmasının şahidi olub.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu gün sübh Kabildə bir polis maşını partlayışa məruz qalıb.
Bu hücumda bir polis işçisi yaralanıb.
Qəndəhar əyalətinin Şah Vəli-kot rayonunun mərkəzində polis idarəsinə edilən hücumda isə daha iki polis işçisi həyatını itirib və bir neçə nəfər yaralanıb.
Məlumata görə ikinci hücum Taliban tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Taliban ABŞ-la sülh sazişi imzalayandan sonra əcnəbi qüvvələrə hücumu dayandırıb. Lakin hərəkat hökumətlə danışıqlara hələ başlamayıb.
|