Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 17:00 (GMT +4)

Bakı, 7 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.

SalamNews xəbər verir ki, 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbə-lər saxtalaşdırıldı, bu ərazilərdə nə varsa, hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi.

3 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi, “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”, – deyərək alimlərimizə çağırış etdi.

Bu çağırışa cavab olaraq Yeni Azərbaycan Partiyasının layihəsi kimi bugünlərdə “Elm və təhsil” nəşriyyatında tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunmuşdur. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilmişdir. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu (1988-ci il) deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılmış, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilmişdir.

Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermәnistan SSR Ali Soveti fәrmanının tarixi) xanaları üzrə qruplaşdırılmışdır. Bu özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur.

Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilmişdir. Müəllif belə prinsiplərdən 11-i müəyyən etmiş və konkret nümunələrlə fikrini əsaslandırmışdır.

Kitab geniş oxucu kütləsi və mütəxəssislər üçün nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66