Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:20 (GMT +4)

Bakı, 7 iyul, SalamNews. Artıq bir müddətdir ki, gender fəalları arasında xüsusi marağa səbəb olan NAYORA (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası) və “Gender Talks” təşəbbüs qrupunun birgə təşkil etdiyi “Qadın və qızlara qarşı məişət zorakılığı”, “Qadınlara qarşı istifadə olunan stereotiplər” və “Medianın qadın zorakılığında rolu” adlı online formatda keçirilən silsilə ictimai müzakirələrdə gender fəalları, feministlər, jurnalistlər və insan hüquqlarının müdafiəsi sahəsində çalışan ümumilikdə 300-dən çox şəxs iştirak etmiş və həmin mövzularda 50-yə yaxın təkliflər irəli sürülmüşdür.

SalamNews xəbər verir ki, təkliflərdən biri də həm qeyri-hökumət, həm də media daxil olmaqla bütün sahələrdə çalışan gender fəallarının qadın hüquqları naminə birgə fəaliyyət göstərməsi, şəbəkələşməsi və vahid platformanın yaradılması olmuşdur.

Bu təklifə əsasən, qadın hüquqları naminə vahid platformanın yaradılması məqsədilə 2 iyul 2020-ci il tarixində online formatda konsultativ görüş təşkil edilib..

Vahid platformanın yaradılmasının məqsədi qadın və qızların zorakılıq hallarının qarşısının alınması ilə bağlı qaldırılmış məsələləri, qadın hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri platforma üzərindən işıqlandıraraq ictimaiyyətə çatdırmaq, təkliflər hazırlayaraq müvafiq instansiyalara təqdim etmək, gender bərabərliyi mövzusunda ideyalar mərkəzinə - HUB-a çevrilməkdir.

Konsultativ görüşün təşkilatçısı, gənclərlə iş üzrə ekspert Məryəm Məcidova öz çıxışında xüsusilə qeyd etmişdir: “Biz təşkilatları, təşəbbüs qruplarını, eləcə də gəncləri vahid çətir altında toplayaraq qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edə bilərik.“
Konsultativ görüş iştirakçılarının təklif etdiyi 32 ad içərisindən səsvermə nəticəsində səs çoxluğu ilə “Gender Hub Azerbaijan” yaradılacaq platforma üçün ən uyğun ad olaraq seçilib. Görüşdə iştirak etmiş təşəbbüs qruplarının nümayəndələri, ictimai fəallar, feministlər, qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən digər şəxslər platformanın yaradılmasını yüksək qiymətləndirmiş və platformanın gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər.
Bundan əlavə, iştirakçılar “11 iyul Ümumdünya Əhali günü” ilə əlaqədar mümkün onlayn aksiyalar barədə də müzakirə apardılar.

Gender Hub Azerbaijan bütün gender fəallarını və qadın hüquqları naminə fəaliyyət göstərən hər bir kəsi prosesə qoşulmağa və Azərbaycanda bu sahədə mövcud olan problemlərin həllinə dəstək verməyə dəvət edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NAYORA yeni layihəyə start verib

NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil edilib

NAYORA gənclər üçün imkanlar yaratmağa davam edir

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66